Fяxrяddиn mustafayev


mitoz başlayır.  Mitotik proses



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə127/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   207
N 349

mitoz
başlayır. 
Mitotik proses
orqanizmin növündən, fizioloji 
vəziyyətindən, toxumadan, mühit amillərindən asılı olaraq 30 dəqiqədən 3 saata 
qədər davam edir. M.Babayevə və M.Məcidova görə hüceyrə tsiklinin və onun ayrı-
ayrı vaxt kəsiklərinin (dövrlərinin) ümumi davametmə müddəti yalnız müxtəlif 
orqanizmlərdə deyil, həm də eyni orqanizmin müxtəlif orqanlarının hüceyrələrində 
də xeyli dərəcədə variasiya edir (dəyişilir). Lakin bir orqanın hüceyrələri üçün bu 
qiymət nisbi sabitliyə malik olur 
(cədvəl 6)

 
Cədvəl 6.

Mitotik tsikl və onun dövrlərinin davametmə müddəti (saatlarla), (M.Babayev,
M.Məcidov, 2006). 
 


124 
İnterfaza 
– nüvənin sakitlik mərhələsi adlanmasına baxmayaraq bu 
zaman hüceyrənin nüvəsində çox mürəkkəb dəyişikliklər baş verir və 
bölünmə prosesi başlayır. Mitoz bir-birini ardıcıl olaraq əvəz edən beş əsas 
faza – mərhələ (profaza, prometafaza, metafaza, anafaza, telofaza) ilə 
müşayət olunur 
(Ģəkil 7,8)

Profaza
mərhələsində xromosomlar görünməyə 
başlayır və nüvənin qişası əriyir, nüvənin daxilində yumağı xatırladan 
torvari xromatin teli əmələ gəlir və onlar xromosomlara çevrilir. Profaza 
mərhələsi nüvəciklərin və nüvənin qlafının həll olması, onun plazmasının-
karioplazmanın sitoplazma ilə qarışması və 
mikroplazmanın
əmələ gəlməsi 
ilə səciyyələnir. 
Metafazada
– xromosomlar hüceyrənin ortasında düzülür, 
ekvatorial lövhədə iy tellərinə qarşı perpendikulyar yerləşir, onların 
forması və sayı aydın müşahidə olunur. Bu mərhələ çox qısa mühitdə başa 
çatır, sentramer bir xətt üzrə metafaza (ekvatorial) lövhəsində yerləşir, 
sentriollar arasındakı iy telləri xromosomun sentromeri ilə birləşir. 
Anafazada
– hər bir xromosomun iki xromatidi əks istiqamətlərdə qarşı-
qarşıya yerləşir, bütün xromosomlarda eyni vaxtda sentromerlər bölünür, 
xromatidlər iki sərbəst xromosoma çevrilir. Sentromerlərin bölünməsi başa 
çatan kimi xromosomlar dərhal hüceyrənin qütblərinə çəkilir və bu prosesi 
iy telləri idarə edir. İy telləri qısaldığından xromosomların yarısı çox 
sürətlə və nizamlı surətdə hüceyrənin bir, yarısı isə digər qütbünə çəkilir, 
onların sayı valideyin hüceyrələrindəkinə bərabər olduğu üçün gələcək 
nəsil törəmələrində də sabit saxlanılır. Bu prosesin müxtəlif səbəblərdən 
pozulması 
nəticəsində 
xromosomların 
sayının 
dəyişilməsi 
bəzi 
anomaliyaların yaranmasına səbəb olur. 
Telofaza
mərhələsində hüceyrənin 
xromosomları qütblərə doğru yığılmaqla onlar uzanır, sitoplazma iki yerə 
bölünür, bir ana hüceyrədən iki qız hüceyrə əmələ gəlir və onların hər 
birində ana hüceyrədəki miqdarda xromosom olur. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin