127
ekvatorial səthində get-gedə dərinləşərək sitoplazmanı
iki yerə bölən xüsusi
şırım əmələ gəlir və
sitokinez
adlanır. Mitozdan
əlavə hüceyrənin başqa
bölünmə tipləri də – amitoz, endomitoz və politeniya – mövcuddur.
Amitoz bölünmə
– hüceyrə nüvəsinin 2 yerə bölünməsi prosesində iy
tellərinin yaranmaması, 2 yaxud daha artıq nüvələrin fraqmentasiyası baş
verməklə, əsasən patoloji və yüksək differensiasiya olunması toxumalarda
(kanserogen-xərçəng, degenerasiyaya uğramış əzələ hüceyrələrində, ibtidailərdə
və s.) müşahidə olunur.
Endomitoz
– hüceyrənin bölünməsi zamanı nüvənin qlafı sabit qalır, nüvədə
xromosomların sayı ilkin saya nisbətən xeyli, bəzən isə on dəfələrlə artıq olur.
Bu proses bitki və heyvan toxumalarının intensiv funksiyaya (hiperfunksiya)
malik olan hüceyrələrində daha çox baş verir.
Politeniya
– xromosomların həddindən artıq ikiləşməsi,
bir-biri ilə
birləşməsi, diametrinin böyüməsi (tellərin sayının çox artması, 1000-2000 ədədə
çatması) nəticəsində giqant (nəhəng) xromosomların yaranmasından ibarətdir.
Bu hadisə əsasən bitki toxumalarında və bəzi həşəratların ağız suyu vəzilərinin
hüceyrələrində baş verir.
2.5. Meyoz və onun xüsusiyyətləri
Meyoz
(reduksion bölünmə) – qametogenez (cinsiyyət hüceyrələrinin əmələ
gəlməsi) zamanı xromosomların sayının 2 dəfə azalması
və gələcək nəsil
törəmələrində onun sabit saxlanmasının təmin olunmasından ibarət olub,
mitozda baş verən mərhələlərlə gedir. Lakin mitozdan
fərqli olaraq meyozun
birinci
mərhələsində
(reduksion
bölünmədə) – interfazada ikiləşmiş
xromosomlardan qız hüceyrələrə
hərəsindən biri düşərək, xromosomların
onlarda miqdarı iki dəfə azalır. Meyozun profaza mərhələsi mitozun profaza
mərhələsindən kəskin surətdə fərqlənməklə onun birinci profazasında
xromosomların
Dostları ilə paylaş: