131
Şəkil 12.
Mayalanma. 1,2,3,4-akrosom reaksiyasının mərhələləri; 5-pellikula zonası
(şəffaf zona); 6-perivital sahə; 7-plazmatik membran; 8-kortikal dənə; 8a-kortikal
reaksiya; 9-spermanın yumurtahüceyrəyə daxil olması; 10-mayalanma reaksiyası
(C.Nəcəfov və b., 2010).
Spermatogenez və ovogenez prosesləri 4
mərhələ ilə-
çoxalma,
böyümə,
yetişmə və formalaşma
-müşayət olunmaqla bu zaman onların forması və
böyüklüyü dəyişilir, xromosomlarda isə çox kəskin
dəyişiklik və mürəkkəb
proseslər gedir. Spermatozoidlər müxtəlif (X və
Y
), oositlər isə eyni (X və X)
xromosomlara
malik
olduğundan yumurta hüceyrəsi X-xromosomlu
spermatozoidlə birləşdikdə dişi,
Y
–xromosomlu ilə
birləşdikdə isə-erkək döl
inkişaf edir. Spermatogenez, ovogenez və qametogenez prosesləri sxematik
olaraq
13-ci Ģəkildə
təsvir olunur. Xromosomların
cinsiyyətə təsiri isə
14-cü
Ģəkildə
öz əksini tapmışdır. Yumurta hüceyrəsindən fərqli olaraq
spermatozoidlər çox hərəkətli olub inəklərdə -3-14 dəqiqə, madyan və
qoyunlarda -1 saat, itlərdə isə -1 dəqiqə müddətində yumurtalıq (fallopi)
borusuna çataraq onun yuxarı 1/3 hissəsində yumurta
hüceyrəsi ilə birləşir
və mayalanma prosesi gedir. Vagina tipli mayalanmaya malik olan heyvanlarda
(iri və xırda buynuzlu heyvanlar, marallar, dovşanlar) eyakulyat (bir
cinsiyyət
aktı zamanı ifraz olunan bütün sekret kütləsi-sperma, spermiyalar, xaya
artımının və əlavə cinsiyyət vəzilərinin sekretləri) sinxron qaydada balalıq
boynuna, balalıq tipli mayalanmaya malik olanlarda (it, at, donuz) isə
asinxron
olaraq (birbaşa) balalığa daxil olur. Spermanın spermatozoidlər olmayan hissəsi
onun plazması (toxum plazması) adlanır. Eyakulatın 1 ml-də buğada 500 mln-1
mlrd, qoçda-1-2 mlrd, donuzda-11-12 mln, ayqırda-10-25 mln, xoruzda-1,4-2,7
132
mln spermatozoid olur. Eyakulyatın miqdarı buğada-5-15, qoçda-1,3,5,
donuzda-200-1000, ayqırda-50-600, xoruzda-0,4-1,6 ml təşkil edir.
Bütün spermatozoidlər üçün xarakter xüsusiyyət ondan ibarətdir ki, onların
hamısı mənfı elektrik yükünə mənsubdur, bu da onların bir-birinə yapışmasına
imkan vermir. Heyvanlarda və insanlarda spermatozoidin əmələ gəlməsi külli
miqdarda olub, çox müxtəlifdir. Məsələn, itlərdə bir dəfəki cinsi akt zamanı 60
mln, qoçlarda 1 mlrd, atlarda 10 mlrd, insanda isə 200 mln spermatozoid əmələ
gəlir. Spermatozoid xaricdən
sitolemma ilə örtülür ki, onun da ön tərəfındə
yumurta hüceyrəsinin reseptorunun tanınmasını təmin edən xüsusi reseptor-
qlikoziltransferansferaza yerləşir. Meyoz və mitoz prosesləri öz gedişinə və
mərhələlərinə görə bir-birindən kəskin surətdə fərqlənirlər.
Dostları ilə paylaş: