169
İ.Ovçinnikova görə kimyəvi mutagenez yolu ilə Rusiyada 100-dən
çox yüksək
məhsuldar və xəstəliklərə davamlı yeni buğda, arpa, vələmir, yonca sortları
yetişdirilmişdir. Ətraf mühit amillərinin (litosfer, hidrosfer, atmosfer) zəhərli,
zərərli kimyəvi birləşmələr və tullantılarla çirklənməsi də ağır genetik fəsadlar
törətdiyi üçün heyvan, quş, balıq və bal arılarını
həmin mutagenlərin neqativ
təsirlərindən qorumaq artıq günün ən vacib tələbi hesab olunur. XIX və XX-
əsrlərdə insanın antropogen fəaliyyəti nəticəsində yaranan ekoloji disbalans və
neqativ fəsadlar planetimizin təbii mənzərəsini kəskin surətdə dəyişdiyi üçün
heyvanlar arasında bəzi mutagen və teratogen mənşəli patologiyalar mövcud
olmuşdur. Ətraf mühiti çirkləndirən
nitratlar əvvəlcə nitritlərə, sonra isə fəal
nitrozoaminlərə çevrilərək heyvanlarda gen və xromosom mutasiyaları törədir.
İntensiv kənd təsərrüfatı texnologiyalarının geniş tətbiq olunduğu heyvandarlıq
təsərrüfatlarında ən güclü mutagen təsirə malik olan preparat nitrit birləşmələri
sayılır. Radioaktiv izotoplar və ağır metallar ətraf mühit amillərində öz fəallağını
uzun müddət saxlayaraq əvvəlcə bitki orqanizmlərinə, sonra isə onlarla
yemlənən heyvan, quş, balıq, bal arısı
orqanizmlərinə keçir, nəticədə onların
yeyinti məhsulları ilə qidalanan insan orqanizmi güclü mutagen təsirə məruz
qalır. Heyvanların müasir yeni nəsillərində mutagen amillərin təsirində spontan
abortlar, ölü və anomal balaların doğulması hallarının diapozonu gündən-günə
daha da genişlənir.
Dostları ilə paylaş: