DəyiĢkənliyin öyrənilmə üsulları. Dəyişkənliyin öyrənilməsi üçün
variasion statistika, kəmiyyət və keyfiyyət əlamətləri, seçmə məcmuu və s.
üsullarından istifadə edilir.
Variasion (variasiya) statistika (biometriya, bioloji statistika) biologiyada riyazi üsullardan istifadə olunmasına əsaslanmaqla onun
əsas mövzusunu bioloji obyketlərin qrupları təşkil edir. Müəyyən bioloji
obyektlər qrupu məcmu-cəm hesab olunur. Məsələn, üzərində təcrübə aparılan
heyvanların cinsi, sürüsü, müəyyən törədicinin xətləri, ailəsi, dişi fərdləri,
onların qanında eritrosit və leykositlərin miqdarı məcmunu təşkil edir. Məcmu
vahidlərdən və üzvlərdən ibarət olur. Qoyun sürüsü üçün
hər bir baş qoyun vahid hesab olunur. Cəmə daxil olan vahidlərin miqdarı
cəm obyekti adlanır və n
hərfi ilə işarə edilir. Cəmin vahidi müəyyən əlamətlərlə (inəklərdə süd
məhsuldarlığı, südün yağlılıq faizi, süddə kazeinin – süd zülalının, şəkərin-
laktozanın miqdarı, diri kütlə, buynuzun olub olmaması, qanda eritrositlərin və
hemoqlobinin miqdarı və s.) xarakterizə edilir. Müəyyən müşahidələr və
ölçülərin miqdarı da cəm sayılır. Öyrənilən hər hansı bir əlamətin cəmi variant
adlanmaqla v
1
; v
2
; v
3
…, ümumi halda isə vi (burada i – variantın sıra nömrəsini
göstərir) ilə işarə olunur. Tutaq ki, 3 baş inəyin birinci laktasiyada süd
məhsuldarlığı müvafiq olaraq 40, 43, 39 olmuşdur. Bunlar variantlar olmaqla v
1
= 40, v
2
= 43, v
3
= 39 təşkil edir. Ayrı-ayrı variantlar arasındakı fərq
dəyiĢkənlik , yaxud
variasiya adlanır. Variantlar arasındakı fərq miqdar və
keyfiyyət əlamətlərinə əsasən hesablanır. Miqdar əlamətləri (antitellərin titri,
diri kütlə, ət, süd, yumurta məhsuldarlığı və s.) ölçülür, hesablanır və rəqəmlərlə
ifadə edilir. Keyfiyyət göstəriciləri isə sözlərlə (rəngi qaradır, ağdır, sarıdır,
qırmızıdır, qara-aladır və s.) qeyd olunur. İki fərqli variant alternativ formada
(heyvanın cinsiyyəti erkək və ya dişidir, heyvan buynuzlu və ya buynuzsuzdur,
171
xəstə və ya sağlamdır) şərh edilir. Əlamətlərin miqdar və keyfiyyətinə görə
bölünməsi həmin göstəricilərə əsasən fərqləndirilir. Miqdar dəyişkənliyinin iki
tipi –