173
balıqlarda üzgəclərin xüsusi quruluşu və s.) aiddir. Südlük istiqamətli qaramal
xətt və cinslərinin südlülük xassəsini, eləcə də toyuqların
yumurta
məhsuldarlığını tənzimləyən genlər hər iki cinsə mənsub olan fərdlərdə mövcud
olsa da, həmin genlər yalnız dişilərdə biruzə verir. Müxtəlif növlü fərdlərdə bəzi
əlamət və xassələr bəzən cinsiyyətdən asılı halda olur. Belə ki, qoyun və
keçilərin dominant homoziqot (HH) fərdlərinin törəmələri cinsiyyətdən asılı
olmayaraq buynuzlu, resessiv homoziqot (hh) fərdlərinki isə buynuzsuz olur.
Buna baxmayaraq heteroziqot fərdlərin erkək törəmələri (Hh)
isə buynuzsuz
olur. Bu hadisə dominantlığın mahiyyətini və sinciyyətlə bağlı olan əlamətlərin
irsi olmasını bir daha təsdiqləyir və onun öyrənilməsinə mühüm zəmin yaradır.
Ali bitki və heyvan növlərinin xeyli fərdlərində, eləcə də bəzi ibtidailərdə erkək
və dişiləri bir-birindən fərqləndirən əlamət və xassələr
cinsi dimorfizm
adlanır
və təkamül prosesinin bütün pillələrində
müşahidə olunmaqla, çox geniş
yayılmışdır. Heyvandarlıq və quşçuluqda arzu olunan erkək və dişi fərdlərin əldə
edilməsinin nəzəri və praktiki cəhətdən xüsusi əhəmiyyəti vardır. Çünki dişi
fərdlər süd, yumurta, erkəklər isə ət istehsalı üçün olduqca səmərəli və rentabelli
hesab olunur. Bunu nəzərə alaraq, heyvandarlığın və quşçuluğun istiqamətindən
asılı olaraq,
bir halda dişi, digər halda isə erkək fərdlərin daha üstünlük təşkil
etməsinə önəm verilir. Həmin problemin həlli bioloji qanunauyğunluğa
əsaslanaraq cinsiyyətin formalaşması üçün əsaslı zəmin yaradır. Məsələn,
baramaçılıq təsərrüfatlarında erkək fərdlərə daha çox üstünlük verilir.
Çünki
onların barama məhsuldarlığı dişilərə nisbətən 25-30% çox olur. Erkək və dişi
fərdlər genetik baxımdan bir-birindən xromosomların müxtəlifliyi ilə
fərqlənirlər. Müxtəlif növə mənsub olan heyvanların
yeni doğulan fərdlərinin
50%-ni erkək, 50%-ni isə dişilər təşkil etməklə cinsiyyətin nisbəti 1:1 olur.
Cinsiyyətin əmələ gəlmə mexanizmi aşağıdakı kimi olur:
P… XX XY
Dostları ilə paylaş: