Miller-Hekkelin biogenetik qanununa əsasən davam edir. Bu qanuna görə orqanizmlərin
embrional inkişafı dövründə əlamətlərin oxşarlığı müxtəlif formaların qohumluq
dərəcəsini əks etdirir. Belə ki, bütün çoxhüceyrəli heyvanlarda embrional inkişaf
zamanı ziqotanın bölünməsi embriogenezin ilkin
blastula və
qastrula mərhələlərini keçir və həmin qanunauyğunluğa tabe olur. Quruda yaşayan və
ağciyər tənəffüsünə malik olan bütün onurğalılarda embrional inkişafın bəzi
mərhələlərində balıqlardakı kimi qəlsəmə qövsləri müşahidə olunur. Bu
qanunauyğunluq ilk dəfə rus alimi A.A.Zavarin tərəfindən (1886-1945) aşkar
edilmişdir. Həmin qanunauyğunluğa əsasən bir-birindən çox uzaq olan
orqanizmlərdə (məməlilərlə həşəratların hüceyrələrində) genetik determinasiya
mövcuddur. Filogenetik sıraların bəzi fərdlərinin müəyyən toxumalarının (əzələ,
birləşdirici, epiteli, sinir və s.) histoloji quruluşunda və onların funksiyalarında
xarakterik paralellik və determinizm vardır. Embrional inkişaf dövründə
heyvanların hüceyrələri forma və kimyəvi tərkibinə (xüsusilə zülala) görə
nisbətən bir-birinə uyğun olur, sonralar isə onlarda müəyyən ixtisaslaşma prosesi
gedir və
differensiallaşma adlanır. Hüceyrələrin differensiasiyası zamanı ayrı-
ayrı üzəvlərin formalaşmasına və spesifik zülalların sintezinə nəzarət edən
genlər çox fəallaşırlar. Heyvanların yumurta hüceyrəsinin sitoplazmasında
mayalanma prosesi başlamamışdan əvvəl mövcud olan hər üç RNT tipi (mRNT-
məlumat, rRNT-ribosomal və nRNT-nəqliyyat RNT-si) qeyri-fəal formada olur.
Lakin bir neçə dəqiqədən sonra ziqotanın inkişafı üçün lazım olan bəzi zülalların
sintezi başlayır. Bu proses hər iki valideyinin genlərinin nəzarəti altında baş
verir.
Ontogenezin inkişafında böhran mərhələsinin olması həmişə embrioloqla-
rın və genetiklərin diqqət mərkəzində olmuşdur. Müəyyən edilmişdir ki, onto-
genezin ilk mərhələlərində embrionlar xarici mühit amillərinin təsirinə
həddindən çox həssas olmaqla, onların normal inkişafı pozulur, orqanlar
zədələnir, zülal sintezi güclənir, hüceyrələrdə maddələr mübadiləsi dəyişilir,
nəticədə embrion ya məhv olur, ya da müxtəlif eybəcərliklər baş verir. Böhran
mərhələləri əsasən blastula mərhələsinin sonunda (embrionun inkişafının
valideyinlərin genetik məlumatlarının nəzarəti altında olduğu dövrdə) başlayır.
Xarici mühit amillərinin ontogenezə təsiri quşlarda, amfibilərdə, reptililərdə və
balıqlarda daha geniş və müfəssəl öyrənilib. Ontogenezin inkişafında böhran
mərhələsi heyvanların iri buynuzlu heyvanların embrionlarının ən çox ziqotanın
inkişafının ilk günlərində ölüm faizinin yüksək olması ilə nəticələnir. İnkubasiya
zamanı temperaturun və mikroiqlim göstəricilərinin böyük tərəddüdü toyuqların
embrional inkişafında olduqca neqativ təsir göstərir. Orqanizmin fərdi inkişafı