Fяxrяddиn mustafayev


embrional (ana bətni dövrü) və  postembrional



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə180/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   207
N 349

embrional
(ana bətni dövrü) və 
postembrional
(ana bətnindən xarici-doğumdan 
sonrakı-dövr) dövrlərə bölünməklə genotiplə idarə olunur, müəyyən funksiyaları 
yerinə yetirən genlər isə valideynlərdən övladlara yalnız cinsiyyət hüceyrələri 
vasitəsilə keçir. Cinsiyyət hüceyrələrinin genləri həm də bəzi zülalların sintezini 
təmin edir. Müxtəlif irsi əlamətlərinə görə orqanizmlərin bir – birindən 


181 
fərqlənməsi məhz zülalların tərkibinin müxtəlifliyi ilə əlaqədardır. Ontogenez və 
onun bütün mərhələləri orqanizmin inkişaf dövrlərinin onun genotipində 
proqramlaşmasından ibarətdir. Bu prosesdə xarici mühit amilləri də olduqca 
böyük rol oynayır. Çünki orqanizmin böyüməsi və inkişafı üçün lazım olan 
bütün maddələrin hamısı xarici mühitdən alınır. Yəni orqanizmlərin fərdi 
inkişafı həmişə xarici mühit amilləri ilə, o cümlədən heyvanların saxlanma
bəslənmə, yemləmə şəraiti ilə fəlsəfi bir vəhdət təşkil edir və məhsuldarlığın 
kəmiyyət və keyfiyyət göstəricilərinə müxtəlif xarakterli təsir göstərir. 
Orqanizmin fərdi inkişafının əsas mahiyyətini 
böyümə
və 
inkişaf
təşkil edir. 
Böyümə 
– orqanizmin canlı kütləsinin orqan, toxuma və hüceyrələrinin 
artmasından ibarət olub inkişafla qırılmaz sürətdə dialektik vəhdət təşkil edir. 
Hücyerələr orqanizmin xarici mühitdən qəbul etdiyi müxtəlif qida maddələrinin 
hesabına çoxalır və inkişaf edir. Müxtəlif fermentlər katalizator rolu oynamaqla 
hüceyrədə metabolizm prosesinin baş verməsini təmin edir, onun böyüməsi və 
inkişafına zəmin yaradır. Böyümə və inkişaf prosesləri qeyri-bərabər formada 
davam edir ki, bu da inkişafın genetik proqramlaşdırılmasının əsasən üç 
səviyyədə həyata keçirilməsi ilə əlaqədardır: 
1.
Xromosomların üzərində yerləşən genlərin eyni vaxtda təsir göstərməsi. 
2.
Fəal böyümə və differensiasiya zamanı genlərin təsirinin müxtəlif 
olması. Bu zaman əvvəlcə hüceyrənin böyüməsini və bölünməsini idarə edən 
genlər, sonra isə ayrı – ayrı orqan və toxumaların formalaşmasını və spesifik 
zülalların sintezi prosesini tənzimləyən genlər təsir göstərir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin