177
qanunauyğunluq həm insanlara, həm də bütün növ heyvanlara aid olmaqla atanın
irsi əlaməti qız, ananınkı isə oğul övladlara verilir. Bu proses genetika elmində
«kross-kris»
hadisəsi adlanır və canlı aləmdə mütəmadi olaraq baş verir. Hazırda
dünyanın heyvandarlıq mütəxəssisləri və alimlərinin qarşısında duran ən
prioritet problemlərdən biri də cinsiyyətin tənzimlənməsinin geniş və ətraflı
öyrənilməsidir. Çünki heyvandarlıq və quşçuluqda arzu olunan fərdlərin
alınmasına nail olunması hələ də müəyyən çətinliklər törədir.
Lakin son
zamanlar dünyanın inkişaf etmiş ölkələrində alimlər bu problemin həlli
sahəsində müəyyən elmi nailiyyətlər əldə etmişlər və ontogenezin ilk
mərhələlərində cinsiyyəti müəyyən etmək mümkün olmuşdur.
Quşçuluq
sənayesində ət istehsal etmək məqsədilə yalnız beçələrdən istifadə olunduğuna
görə onların erkən müəyyən edilməsinin həm iqtisadi,
həm də elmi-praktiki
cəhətdən olduqca böyük əhəmiyyəti vardır. Bunu nəzərə alaraq quşçuluq
sənayesində, xüsusilə broyler təsərrüfatlarında rəng əlamətinə görə cinsiyyətin
tənzimlənməsi sahəsində müfəssəl elmi axtarışlar aparılmışdır. Belə ki, qızılı
zolaqlı xoruzlar gümüşü rəngli toyuqlarla çarpazlaşdırıldıqda inkubasiya zamanı
yumurtadan çıxan fərələr sarı, beçələr isə ağ-göyümtül rəngdə olmuşdur. Məhz
bu əlamətə görə broyler sənayesində hazırda beçələri fərələrdən fərqləndirərək
onlardan ətlik məqsədi ilə geniş istifadə edilir. İngilis
alimi Pennet cinsiyyətlə
ilişikli əlamətlərin irsən keçməsi qanunauyğunluğuna istinad etməklə yeni toyuq
cinsi yaratmışdır. Həmin cinsin fərələri bir sutkalıq yaşında qara, beçələri isə
ağımtıl rəngli olmuşdur.
Cinsiyyətin tənzimlənməsi və arzu olunan erkək və dişi fərdlərin əldə olun-
ması müasir sənaye heyvandarlığının inkişafı üçün çox böyük əhəmiyyətə
malikdir.
Çünki yüksək süd, ət, yun, yumurta məhsulunun alınması üçün
cinsiyyətin tənzimlənməsi çox vacib məsələ sayılır. Südlük məqsədilə dişi
buzovların, ətlik üçün isə erkək danaların alınması daha məqsədəuyğundur. Bu
baxımdan yüksək damazlıq keyfiyyətinə malik olan törədici buğalardan və
inəklərdən erkək fərdlərin alınmasına daha böyük tələbat vardır.
İri buynuzlu heyvanlarda erkək və dişi cinsiyyət xromosomları submetasen-
trik
tipə aid olmaqla, sentromer xromosomları iki qeyri-bərabər çiyinlərə ayır-
dığına görə onlar X-hərfini xatırladır. Autosomlar isə (58 ədəd) akrosentrik tipə
malik olmaqla onların mütləq uzunluğu 5,91-1,62, X-romosomun ölçüsü 6,17,
U-xromosomun ölçüsü isə 2,22 mikrona bərabər olur. Zebu xromosomlarında da
analoji ölçülər müşahidə olunur (T.M.Turabov, 1997). X və U cinsiyyət
xromosomları həm ayrı-ayrı fərdlərdə, həm də
müxtəlif növə məxsus olan
heyvanlarda sayına, formasına və ölçülərinə görə xeyli fərqli olur
Dostları ilə paylaş: