182
AA
Süd canlı kütlə süddə yağlılıq faizi
Göründüyü kimi, bütün ali orqanizmlərdə, o cümlədən kənd təsərrüfatı
heyvanlarında və quşlarda irsi əlamətlərin nəslə
verilməsi embrional inkişaf
dövründə formalaşır və genotipik xarakter daşımaqla bu zaman xarici mühit
amillərinin təsiri mühüm əhəmiyyət kəsb etmir. Fərdi inkişafın
embrional
mərhələsindən sonra isə xarici mühit amilləri əlamətlərə fenotipik təsir göstərir.
Məsələn,
Yeni Zelandiyada quzular otlaq şəraitində Günəş altında bəsləndikdə
onların baş nahiyyəsinin dərisində dermatit xəstəliyi baş verir və nəticədə isə
quzularda korluq müşahidə olunur.
Bunun əsas səbəbi bəslənmə və saxlanma
şəraitinin dəyişilməsi nəticəsində quzularda mutasiyaların yaranmasıdır.
Resessiv mutasiya nəticəsində böyrəklərin süzmə-filtirasiya
qabiliyyəti
pozulduğundan yaşıl otların tərkibindəki xlorofil maddələri parçalanır və sintez
olunan birləşmələr böyrəklərlə xaric olunmur, nəticədə quzuların baş
nahiyyəsinin
dərisində dermatit əmələ gəlir, sonda isə korluq baş verir. Kənd
təsərrüfatı heyvanlarında, quşlarda və digər ali orqanizmlərdə irsi əlamətlərin
nəslə verilməsi aşağıdakı kimi ifadə edilir:
Çox genlər
çox fermentlər çox əlamət
İrsi əlamətlərin nəslə verilməsi genotipik xarakter daşıyır və çoxlu sayda
genlər yığımı tərəfindən idarə olunur
Dostları ilə paylaş: