64
Tak-Muğal Zoobaytar məntəqəsində baytar həkimi vəzifəsində işləmiş, 1949-
1956-cı illərdə Azərbaycan Bioloji Kombinatında müxtəlif vəzifələrdə çalış-
mışdır. 1956-cı ildə SSRİ ―Xalq təsərrüfatı nailiyyətləri sərgisi‖nin iştirakçısı
olmuş və sərginin bürünc medalı ilə təltif olunmuşdur. 1956-cı ildə Az.ETBİ-da
kiçik elmi
işçi vəzifəsinə təyin edilmiş, 1957-ci ildə isə aspiranturaya qəbul
olmuşdur. 1960-cı ilin may ayında ADAU-nun elmi şurasında
namizədlik
dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi alimlik dərəcəsinə
layiq görülmüşdür. 1960-cı ildə institutun ―Mikrobiologiya və virusologiya‖
laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1962-ci ildə Keçmiş
SSRİ Ali Attestasiya Komissiyasının qərarına əsasən ona ―Baytarlıq
mikrobiologiyası‖ ixtisası üzrə Baş elmi işçi diplomu verilmişdir. 1963-83-cü
illərdə o, ―Ümumi virusologiya,‖ 1983-1991-ci illərdə isə ―Ümumi virusologiya
və ―Dabaq‖ laboratoriyalarının müdiri vəzifəsində işləmişdir. 1991-ci
ildən
institutun Epizootologiya,
mikrobiologiya, virusologiya,
immunologiya və
mikologiya‖ laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1974-cü ildə
N.E.Bauman adına Kazan Dövlət Baytarlıq İnstitutunda ―Azərbaycanda
buzovların adenovirus infeksiyasının öyrənilməsinə dair materiallar‖
mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün
dissertasiya mühafizə etmişdir. 1978-ci ildə Respublikada baytarlıq
elminin
inkişafında xidmətlərinə görə Ali Sovetin Fəxri Fərmanı ilə təltif edilmişdir.
N.A.Əliyeva 104 elmi əsərin müəllifidir, Moskva, Kiyev, Kazan,
Vladimir,
Tiflis və s. şəhərlərdə keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir.
Dostları ilə paylaş: