Fяxrяddиn mustafayev


ġirinov Fəxrəddin Behbud oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə71/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   207
N 349

ġirinov Fəxrəddin Behbud oğlu 
(1930-2004) 
Şirinov Fəxrəddin Behbud oğlu 1953-cü 
ildə Azərbaycan Dövlət Aqrar Universitetinin 
baytarlıq təbabəti fakultəsini bitirdikdən sonra 
1953-1960-cı illərdə Ağstafa rayonlararası 
laboratoriyanın müdiri vəzifəsində işləyib. 
1960-cı 
ildə Azərbaycan Elmi-Tədqiqat 
Baytarlıq İnstitutunda ―Quş xəstəlikləri‖ 
laboratoriyasının aspiranturasına daxil olub, 
1963-cü ildə namizədlik disertasiyasının müdafiə etmişdir. 1961-1971—ci 
illərdə həmin laboratoriyada aparıcı elmi işçi işləyib. 1971-ci ildən ömrünün 
sonunadək ―Quş xəstəlikləri‖ laboratoriyasının müdiri vəzifəsində çalışmış, 
1978-ci ildə doktorluq disertasiyasını müdafiə etmiş və baytarlıq elmləri doktoru 
elmi dərəcəsini almışdır. O, baytarlıq virusologiyası, mikrobiologiyası və 


65 
epizootologiya sahəsində görkəmli alim olmaqla heyvan və quşların infeksion 
xəstəliklərinin və onlara qarşı 2 (27 AŞ və ―Bakı‖ ştammları), kolibakterioza 
qarşı formol vaksinin hazırlanması və istehsalata tətbiqinin, qaramal və camış-
ların pasterellyozuna qarşı formolvaksinin (Az.ETBİ) təkmilləşdirilməsinin və 
tətbiqinin elmi rəhbəri və müəllifi olmuşdur. Azərbaycanda və xaricdə dərc 
edilən 85 elmi məqalənin, 2 elmi ixtiranın və 2 kitabın müəllifidir. Hindistanda, 
Macarıstanda və ABŞ-da elmi ezamiyyətdə olub, 1979-cu ildə Ümumdünya 
Baytarlıq konqresində məruzə ilə çıxış edibdir. MDB ölkələri üzrə quş 
xəstəlikləri sahəsində əlaqələndirmə, müdafiə, elmi-texniki şuraların üzvü olub, 
―Şərəf nişanı‖ ordeni və beynəlxalq sərgilərin medalları ilə təltif olunub və ona 
əməkdar baytar həkimi adı verilib.
Eyubov Ġkram Ziyəddin oğlu 
(1925-2011)
 
Eyubov İkram Ziyəddin oğlu doğulduğu və 
rəfaət etdiyi illər 1938-40-cı illərdə Qazax Müəllim-
lər seminarıyasında təhsil almış, bir müddət Tovuz 
rayonunun Şamlıq orta məktəbində müəllimlik 
etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Aqrar 
Universitetinin baytarlıq təbabəti fakültəsinə daxil 
olmuş, 1951- ci ildə onu fərqlənmə diplomu ilə 
bitirmişdir. Elmə, elmi-tədqiqat işlərinə böyük ma-
rağı olduğuna görə onu institutda müəllim saxla-
mışlar. İnstitutda elmi-tədqiqat işləri istiqamətində 
gənc alim kimi onun qarşısında yeni perspektivlər, 
geniş imkanlar açılır. Bu imkanlar baytarlıq rentgenologiyası mövzusunda daha 
geniş olur. Bu mövzu İkram Eyubovda böyük maraq doğurur. O, institutda
baytarlıq rentgenologiya kabinəsi yaradan və baytarlıq rentgenologiyası fənnini 
tədris edən ilk müəllim olmuşdur. İ.Eyubov bu istiqamətə apardığı elmi 
tədqiqatların nəticəsi kimi, həmin mövzuda yazdığı elmi işi (dissertasiyanı) 
uğurla müdafiə edərək 1958-ci ildə baytarlıq elmləri namizədi elmi dərəcəsi 
almışdır. Həmin ildən etibarən alimin taleyi ―Şərəf nişanı‖ ordenli Azərbaycan 
Elmi-Tədqiqat Baytarlıq İnstitutu ilə bağlanır. O, bu elm məbədinə baş elmi işçi 
kimi dəvət alır. 1970- ci ildə professor İkram Eyubov ―Ətraf mühit amillərinin 
təsiri ilə qoyunlarda əmələ gələn endemik xəstəliklər (anemiya, ur, ataksiya) və 
bunların profilaktikası‖ mövzusunda doktorluq dissertasiyası müdafiə edərək 
baytarlıq elmləri doktoru elmi dərəcəsini alır. Bu əsər öz əhəmiyyəti, aktuallığı, 
elmi dəyərinə görə tək Azərbaycan elminin deyil, həm də dünya elminin ən 
dəyərli 
nümunələrindəndir. 
Alim 
1972-1994- 
illərdə 
Az.ETBİ-nun 
―Yoluxmayan xəstəliklər‖ laboratoriyasına rəhbərlik etmiş, 1994- cü ildə 
Azərbaycan Dövlət Aqrar Universitetinin Qazax filialında kafedra müdiri 
vəzifəsində çalışmış, 2005- ci ildə isə yenidən Az.ETBİ-na qayıtmışdır. 


66 
İ.Eyubov 150- yə qədər elmi əsərin, 5 kitabın, 5 səmərələşdirici təklifin
müəllifidir. Onun müəllifi olduğu baytarlığa aid qurğular ötən əsrin 70-80- ci 
illərində SSRİ ―Xalq təsərrüfatları nailiyyətləri sərgisi‖ nin qızıl medalına layiq
görülmüşdür. Alimin elmi əsərləri ABŞ –ın Florida ştatından, Polşadan, 
Macarıstandan istifadə üçün tələb olunmuşdur. Biotexnologiya və embrionun 
transplantasiyası sahəsində fundanental tədqiqatlar aparan ilk alimlərimizdən 
sayılır. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin