68
Yüksək intellektual səviyyə və geniş diapozonlu
elmi elitaya malik olan, mükəmməl
elmi-pedaqoji fəaliyyəti və dərin biliyi ilə səciyyələnən,
mahir pedaqoq, morfoloq,
anatom biologiya elmləri namizədi, dosent Adil Babayevin ölkəmizdə aqrar sahə üzrə
yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətləri olub. O, 1957-ci ildə
ADAU-nun baytarlıq təbabəti fakültəsinə daxil olmuş, 1962-ci
ildə isə həmin
universiteti qırmızı diplomla bitirdikdən sonra ilk əmək fəaliyyətinə Gədəbəy rayonunda
baş baytar həkim kimi başlamış, 1969 – 1979-cu illərdə Şuşa Kənd Təsərrüfatı
Texnikumunda müəllim işləmişdir. Texnikumda yerli komitənin sədri vəzifəsində
çalışmış, mütəmadi olaraq şerləri çap olunmuşdur. O, 1967 – 1968-ci illərdə ADAU-nun
―Anatomiya fiziologiya və histologiya‖ kafedrasında aspiranturaya daxil olub, məşhur
professor R.B.Rüstəmovun rəhbərliyi ilə ―Camışların barmaq və diz əzələ qolları
hissəsində maqistral arteriyaların yaş xüsusiyyətləri‖ mövzusunda elmi tədqiqatlar
apararaq, 1973-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
A.Babayev 1972-ci ildən ADAU-nun ―Anatomiya, fiziologiya və histologiya‖
kafedrasında assistent, sonra isə dosent vəzifəsində çalışmışdır. Alimin 30-dan çox elmi
əsərləri,
elmi metodik göstərişləri, dərslikləri və dərs vəsaitləri (―Heyvan anatomiyası
terminləri lüğəti‖, rusca-azərbaycanca-latınca, 1991; ―Camışçılığın əhəmiyyəti‖, 1986;
―Heyvan‖ anatomiyasının sümük bəhsi‖, 2001 və s.) vardır. Onun elmi əsərləri Rusiya
Federasiyasının nüfuzlu mərkəzi jurnallarında, elmi külliyatlarında nəşr olunmaqla
dünya anatomlarının diqqətini cəlb etmişdir.
A.Babayev sabiq SSRİ-nin bir çox Respublikalarında, mərkəzi şəhərlərdə
(Moskva, Kiyev,
Sankt-Peterburq, Səmərqənd, Alma-Ata və s.) keçirilən elmi-
praktiki
konfranslarda, konqreslərdə, simpoziumlarda və seminarlarda kənd
təsərrüfatı heyvanlarının, xüsusilə iri buynuzlu heyvanların anatomiyasına dair
çox zəngin və maraqlı elmi məruzələrlə çıxış etmiş, dünya alimlərinin rəğbətini
qazanmışdır. O, 2003-cü ildə Gəncədə keçirilən Gəncə-Qars baytarlıq
simpoziumda çox maraqlı mövzuda çıxış etmişdir. Zəngin biliyi ilə seçilən alim
həm
tələbələrin, həm də bütün universitet kollektivin böyük rəğbətini
qazanmışdır. Alimin elmi pedaqoji irsi sanki genetik olaraq qızı tərəfindən
davam etdirilib. Pürhani Tamara Adil qızı 2011-ci ildə ―Camışlarda baş
skeletinin ekoloji və yaş xüsusiyyətləri‖ mövzusunda
dissertasiya müdafiə
edərək biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Tamara
xanımın həyat yoldaşı professor Pürhani Səfər Həsən oğlu iqtisad elmləri
doktoru və professorudur. Respublikamızda informatika və avtomatlaşdırma
üzrə
məşhur alimdir, hazırda Milli Aviasiya Akademiyasında kafedra müdiri
vəzifəsində çalışır. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasında Ekspert Şurasının üzvü, Beynəlxalq Ekologiya və
Həyat fəaliyyətinin təhlükəsizliyi Akademiyasının
həqiqi üzvüdür, Azərbaycan
Müəllimlərinin I qurultayının və YAP-ın I qurultayının nümayəndəsi olub.
Dəfələrlə Təhsil Nazirliyinin Azərbaycan həmkarlar təşkilatları Konfedera-
siyasının fəxri fərmanları ilə təltif edilib.
Dostları ilə paylaş: