Fяxrяddиn mustafayev


Məmmədova Siddiqə Rza qızı



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə77/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   207
N 349

Məmmədova Siddiqə Rza qızı
(1925) 
 
Bitki mühafizəsi elmi sahəsində fundamental 
elmi-tədqiqatların aparılmasında entemologiya üzrə ilk 
azərbaycanlı qadın akademik, biologiya elmləri doktoru 
Siddiqə Rza qızı Məmmədovanın böyük xidmətləri 
olmuşdur. O, ADAU-nun Aqronomluq fakültəsini 
fərqlənmə diplomu ilə bitirdikdən sonra, entomologiya 
kafedrasında baş laborant vəzifəsində çalışmış və 1952-
ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərə-
cəsi almışdır. 
Alim 1956-cı ildən 1963-cü ilə qədər ADAU-da assistent, dosent vəzifələrində, 
1963-cü ildən indiyədək isə Azərbaycan ET Bitki Mühafizəsi İnstitutunun direktoru 
vəzifəsində işləyir. S.Məmmədova 1971-ci ildən biologiya elmləri doktorudur, 1973-
cü ildə professor, 1983-cü ildə Azərbaycan MEA-nın müxbir üzvü, 2001-ci ildə isə 
həqiqi üzvü seçilmişdir. O, hazırda AMEA-nın biologiya bölməsi üzrə yaradılan 
Koordinasiya Şurasının bitkiçilik, bitki mühafizəsi üzrə sədridir. Alim 2008-ci ildən 
ADAU-da doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış 
Müdafiə Şurasının sədridir. O, 205-dən artıq elmi əsərin, o cümlədən, 5 tədris 
vəsaitinin, 2 soraq kitabının, 3 monoqrafiyanın, 7 ixtiranın, 2 pestisidlərin katoloqunun 
müəllifidir. S.Məmmədova «Şərəf Nişanı», «Qırmızı Əmək Bayrağı», «Şöhrət» 
ordenləri, «Əməkdə İgidliyə görə», «Əmək Veteranı» medalları ilə təltif olunmuşdur. 
O, 1985-ci ildə II çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. 
 
 
Qarayev Zakir Ömər oğlu
(1941) 
 


72 
Məşhur və tanınmış Azərbaycan alimi, mikrobioloq, tibb elmləri doktoru, 
Azərbaycan Tibb Universitetinin «Tibbi mikrobiologiya və immunologiya» 
kafedrasının müdiri, professor Qarayev Zakir Ömər oğlunun milli mikrobiolo-
giya elmimizin inkişafında çox böyük xidmətləri olmuşdur. O, 1968-ci ildə 
«Polien antibiotiklərinin immunogenezə təsiri» mövzusunda namizədlik, 1974-
cü ildə isə «Antibiotiklərin orqanizmin immunoreaktivliyinə təsir mexanizminin 
öyrənilməsi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri 
doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Alimin yaradıcılığının əsas 
prioritet istiqamətini mikrobiologiya, mikologiya, immunologiya, dərin 
mikozlar, assosiativ (müxtəlif infeksion agentlər tərəfindən törədilən qarışıq) 
infeksiyalar, patogen mikroorqanizmlərin genetikası, dəyişkənliyi, antibiotiklərə 
həssaslığı, davamlılığı, nozokomial infeksiyaların öyrənilməsi sahəsində 
aparılan fundamental-tətbiqi xarakterli elmi tədqiqat işləri təşkil edir. Elmi araş-
dırmalar nəticəsində alim qeyd olunan infeksion agentlərin bioloji, epidemioloji, 
patogenetik, genetik xüsusiyyətlərini, patogenlik və virulentlik dərəcəsini, 
yayılma arealını və s. ətraflı öyrənmiş, mikrobiologiya, immunologiya və 
mikroorqanizmlərin genetikası sahəsində elmi-praktiki cəhətdən çox böyük 
əhəmiyyət kəsb edən elmi yeniliklər aşkar etmişdir. O, 1968-1969-cu illərdə 
ATU-nun Mərkəzi Elmi Tədqiqat laboratoriyasının müdiri, 1974-1975-ci illərdə 
Sankt-Peterburq Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat 
Laboratoriyasının baş elmi işçisi, 1975-1982-ci illərdə direktoru, 1982-1993-cü 
illərdə sabiq SSRİ Səhiyyə Nazirliyinin və ÜST-ün Mikologiya və Dərin 
Mikozlar Elmi Mərkəzinin direktoru, 1993-1994-cü illərdə Azərbaycan Elmi-
Tədqiqat Mikrobiologiya və İmmunologiya İnstitutunun direktoru vəzifəsində 
işləmişdir. Alim 1998-2001-ci illərdə İstambul Universitetinin Tibb fakültəsində 
«Mikrobiologiya və immunologiya» kafedrasının professoru olmuş, 2004-cü 
ildən etibarən isə ATU-nin «Tibbi mikrobiologiya və immunologiya» 
kafedrasına rəhbərlik edir. O, 2009-cu ildə Bakıda keçirilən «3-cü Avrasiya 
Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksion xəstəliklər» Beynəlxalq 
Konqresinin Prezidenti olmuşdur. Z.Qarayevin rəhbərliyi ilə 41 nəfər elmlər 
namizədi və 29 nəfər elmlər doktoru hazırlanmış, hazırda isə xeyli dissertasiya 
işlərinə rəhbərlik edir. O, 300-dən artıq elmi məqalə və əsərin, tədris-metodiki 
və dərs vəsaitlərinin, o cümlədən «Tibbi mikrobiologiya və immunologiya» 
(2010), «Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya» (2011) 
adlı fundamental ali məktəb dərsliklərinin müəllifidir. Z.Qarayev hazırda 
yaradıcılığının ən çiçəklənən, məhsuldar mərhələsini yaşayaraq, mikrobiologiya 
elminin qlobal əhəmiyyətli prioritetləri üzrə elmi-tədqiqat işlərini davam etdirir 
və daha geniş diapozonlu axtarışlar aparır.

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin