75
qoji Elmlər Akademiyasının akademiki, Həsən Əliyev adına Ekologiya Mükafatı
Laureatı, «Şərəf Nişanı» ordenli, BDU-nun «Onurğalılar zoologiyası»
kafedrasının müdiri Qara Teyfur oğlu Mustafayev
çoxşaxəli və olduqca geniş
diapazonlu elmi yaradıcılıq yolu keçmiş, milli elimizə və beynəlxalq biologiya
elminə mühüm töhfələr vermişdir. O, «Ornitofaunanın
keyfiyyət və
kəmiyyətinin kompleks landşaft-ekoloji təhlili», «Ekoloji rayonlaşdırmanın
prinsipləri», «Faunanın keyfiyyəti və kəmiyyəti ilə yaşama yerinin antropogen
təkamülü arasında paralelizm», «Quru sahə heyvanlarına ətraf mühit amillərinin
təsir mexanizmi», «Nadir və nəsli kəsilmək qorxusu yaranan heyvanların
qoruqdan kənarda saxlanmasının kompleks tədbirlər sistemi» və s. yeni elmi
konsepsiyalarının, «Quru sahə heyvanlarının obyektiv yem xarakteri şkalası»,
«Heyvanların sinantroplaşması şkalası», «Heyvanlarm yem əlaqəsi spektri»
şkalalarınının müəllifidir. Q.Mustafayev həm də «Biotik əlaqələrin üçbucaqlı-
qoşaxətli forması» qanununun, «Ekologiya sxemlərdə», «Ekoloji hüquq» (1999),
«İnsanın ekologiyası» (1999), «Ekologiya» (2001), «Onurğalı heyvanların
ekologiyası» (2001) kitabları və çoxlu sayda dərsliklərin müəllifidir. Alimin
apardığı bütün elmi tədqiqat işlərinin əsas qayəsini ətraf mühit amillərinin çirk-
lənməsinin fauna və ornitofaunaya neqativ təsiri nəticəsində onların
genetik
modifikasiyaya uğraması, bəzi genetik əlamətlərdə dəyişkənliklərinin baş
verməsi və qarşısının alınması üçün yeni üsulların tətbiq olunması təşkil edir.
Alim müasir ekologiya və biologiyanın ən qlobal və aktual problemlərinə həsr
olunmuş yeni elmi axtarışlar sahəsində elmi-tədqiqat
işlərini uğurla davam
etdirir. Onun elmi rəhbərliyi ilə çoxlu sayda elmlər namizədi və doktorları
hazırlanmışdır. Q. Mustafayev ümumi biologiya, zoologiya, ornitologiya,
teriologiya, ümumi, tətbiqi, regional, insan və heyvanların ekologiyası sahəsində
ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda tanınan, məşhurlaşan, 600-dən
çox
elmi əsəri olan, olduqca zəhmətkeş, 38 nəfər alim yetişdirmiş bir elm
fədaisidir. «İndiki dövrdə Q.Mustafayev kimi çox alimləri olan xalq xoşbəxtdir»
(«Qaranın zirvə yolları» əsərinin, 2009, müəllifi jurnalist Tofiq Abdullayev). O,
1959-cu ildə «Azərbaycanda quşların bəzi kütləvi növlərinin ekologiyası»
mövzusunda
namizədlik, 1985-ci ildə isə Moskva Dövlət Universitetində
«Azərbaycan yerüstü ekosisteminin quşları» (rus dilində) mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişdir. Alimi şöhrətləndirən həm də onun bir sıra yeni
elmi konsepsiyaları («Ornitofannanın keyfiyyət və kəmiyyətinin kompleks
landşaft-ekoloji təhlili», «Faunanın keyfiyyəti və kəmiyyəti ilə
yaşama yerinin
antropogen təkamülü arasında paralelizm», «Quru sahə heyvanlarına ətraf mühit
amillərinin təsir mexanizmi», «Nadir və nəsli kəsilmək qorxusu yaranan
heyvanların qoruqdan kənarda saxlanmasının kompleks tədbirlər sxemi» və s.)
olmuşdur.
Dostları ilə paylaş: