76
Quliyev Rauf Ələkbər oğlu
(1938)
Milli biologiya elmimizin inkişafında
xüsusi
xidmətləri olan tanınmış alim, biologiya elmləri
doktoru, professor, akademik N.İ.Vavilov adına
mükafatın laureatı, Bakı Dövlət Universitetinin
«Genetika və darvinizm» kafedrasının
müdiri Rauf
Ələkbər oğlu Quliyev ölkəmizdə genetika və
seleksiya elminin inkişafı üçün elmi-praktiki
cəhətdən səmərəli və fundamental-tətbiqi xarakterli
tədqiqatların müəllifidir. O, 1988-ci ildə «Pambıq
hibridlərində və təkrarən təsir edilmiş mutantlarda mutasiya dəyişkənliyi»
mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. R.Quliyev «Genetika»
(2002), «Təkamül təlimi» (2009) ali
məktəblər üçün dərsliklərin, «Genetikanın
əsasları ilə bitkilərin seleksiyası», «Təkamül təlimi» (2010, rus dilində) dərs
vəsaitlərinin, «Pambığın mutasion seleksiyasında genotipin rolu» (1994) adlı
monoqrafiyanın, ümumilikdə isə 110 elmi məqalə və əsərlərin müəllifidir. Onun
rəhbərliyi ilə 5 elmlər namizədi, 1 elmlər doktoru hazırlanıb, 4 nəfərin
namizədlik dissertasiyası (onlardan 2 nəfəri İran İR-nın vətəndaşıdır) isə
müdafiə olunmaq ərəfəsindədir. Alim genetikada mutagenez proseslərinin
mexanizminin öyrənilməsi sahəsində elmi axtarışlarını davam etdirir, genetikaya
dair
yeni dərsliklər, dərs vəsaitləri və tədris – metodiki vəsaitlərin hazırlanması
sahəsində yaradıcılıq işlərini uğurla davam etdirir.
BəĢirov Eyyub Balaməmməd oğlu
(1926)
Ölkəmizdə heyvandarlıq və zootexniya elminin
inkişafı sahəsində tanınmış alim Eyyub Balaməmməd
oğlu Bəşirovun təqdirəlayiq xidmətləri vardır. O,
1951-ci ildə Moskvada Timiryazev adına Kənd Təsər-
rüfatı Ümumittifaq Heyvandarlıq İnstitutunun aspi-
ranturasını bitirib, 1954-cü ildə, elmlər namizədi
alimiik dərəcəsi almışdır. Alim 1954-cü ildən
Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda
şöbə müdiri, direktor
müavini vəzifələrində işləmiş,
1961-ci ildən heyvandarlığın elmi əsaslarla inkişaf etdirilməsi və süni
mayalanmanın tətbiqinə kömək məqsədiylə, SSRİ hökumətinin qərarı ilə
Hindistanda, Əlcəzairdə, Çilidə, Əfqanıstanda olmuş,
Sovet mütəxəssisləri
77
qrupuna rəhbərlik etmişdir. O, 1967-ci ildən yeni yaradılrmış Azərbaycan dövlət
Damazlıq və Süni Mayalanma Mərkəzi stansiyasında direktor işləmişdir, 2000-ci
ildən ictimai əsaslarla Respublika Heyvandarlar Cəmiyyətinin sədri kimi
fəaliyyətini davam etdirir. Aqrar sahənin inkişafındakı xidmətlərinə görə «Şərəf
nişanı» ordeninə, Respublika Ali Sovetinin Fəxri fərmanına və bir sıra medallara
layiq görülmüş, damazlıq işinin təşkilinə və bu sahədəki elmi nailiyyətlərinə
görə İtaliyada beşinci Dünya bioloq alimlərin və Moskvada Qarşılıqlı İqtisadi
Yardım Şurası ölkələrinin beynəlxalq elmi simpoziumlarının yubiley medalları
və mükafatları
ilə təltif edilmiş, 1997-ci ildə Beynəlxalq Enerji-informasiya
Elmlər Akademiyasının, 2004-cü ildə «Vektor» Beynəlxalq Elmi mərkəzinin
«XXI əsrin tanınmış alimi» diplomuna layiq görülmüş,
Rusiya Keyfiyyət
Problemləri Akademiyasının həqiqi üzvü seçilmişdir, rus, fransız, ərəb, fars,
ingilis və ispan dillərini bilir. E.Bəşirov 125 nəşr edilmiş elmi əsərin, 2 dərslik, 3
monoqrafiya və 3 təlimatın müəllifidir. Onun elmi əsərləri dünyanın bir sıra
dillərinə tərcümə edilmiş və elmi kəşflərindən istifadə olunur. O, 6 elmlər
namizədi dissertasiyasına rəhbərlik etmişdir.
Dostları ilə paylaş: