Novruzov Vaqif Seyfəddin oğlu (1943) Vaqif
Novruzov
1966-cı
ildə
BDU-nun
biologiya və kənd təsərrüfatı istehsalının əsasları
fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1970-ci
ildə namizədlik, 1985-ci ildə isə doktorluq disser-
tasiyası müdafiə etmiş, 1978-ci ildə baş elmi işçi,
1986-cı ildə dosent, 1989-cu ildə professor elmi adları almışdır. Alim 1982-
2002-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində dosent, professor, elmi
işlər üzrə prorektor, rektor əvəzi vəzifələrində işləmişdir. O, 2003-2006-cı
illərdə Gəncə Dövlət Universitetinin ―Botanika‖ kafedrasının professoru
vəzifəsində işləmiş, 2006-cı ildən isə həmin kafedraya rəhbərlik edir. Onun
botanikanın, genetikanın və immugenetikanın nəzəri, praktiki və metodik
problemlərinə dair 200-dən çox əsəri çap olunub. O, 2004-cü ildə Tempus
proqramı çərçivəsində Avropa Unıversitetlərinin iş təcrübəsini öyrənmək üçün
Almaniyanın Hohenheym Universitetinin dəvəti ilə Almaniya, Fransa və
Avstriyada Azərbaycan Dövlət Aqrar Universitetini təmsil etmişdir. V.Novruzov
1996-2008-ci illərdə Azərbaycan Respublikası Prezıdenti Yanında Ali
Attestasiya Komissiyası ―Biologiya və kənd təsərrüfatı elmləri üzrə‖ Ekspert
şurasının üzvü olmuşdur, hazırda Azərbaycanın ―Qırmızı kitabının‖ yeni
nəşrinin redaksiya heyətinin üzvüdür. Uzun müddətli və səmərəli elmi-pedaqoji
fəaliyyətinə görə V.Novruzova Azərbaycan Respublikası Prezidentinin 22
sentyabr 2008-ci il tarixli Sərəncamı ilə ―Azərbaycan Respublikasının Əməkdar
Elm Xadimi‖ fəxri adı verilmişdir. V.Novruzovun ölkəmizdə gənc alimlərin
yetişdirilməsi sahəsində xüsusi xidmətləri vardır. O, hazırda biologiya və
genetika elminin qlobal və aktual problemləri sahəsində öz elmi axtarışlarini
uğurla davam etdirir.
Seyidəliyev Nizami Yaqub oğlu