Fяxrяddиn mustafayev


Abdullayev Qənbər Qara oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə83/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   207
N 349

Abdullayev Qənbər Qara oğlu
(1954) 
 
Qənbər Abdullayev 1976-cı ildə ADAU-nin 
zootexnik fakültəni fərqlənmə diplomu ilə bitirib, təyinatla 
Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutuna elmi 
işə göndərilmişdir. O, 1980-ci ildə Moskva şəhərində 
Ümumittifaq Heyvandarlıq İnstitutunun "Qoyunçuluq" 
laboratoriyasının əyani aspiranturasına daxil olmuş, 1983-
cü ildə aspiranturanı bitirib, Lenin adına Ümumittifaq 
Kənd Təsərrüfatı Akademiyasının göndərişi ilə Azər-
baycan Kənd Təsərrüfatı İnstitutuna pedoqoji işə 
göndərilmişdir. 1983-cü ildən 1985-ci ilədək ADAU-nun "Kənd təsərrüfatı heyvan-
larının yemləndirilməsi və südçülük işi" kafedrasında assistent vəzifəsində işləmişdir. 
1984-cü ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi 
almış, 1985-ci ildə "Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi" kafedrasının 
assistenti, 1991-ci ildən isə həmin kafedranın dosenti vəzifəsində işləmiş, 1993-cü ildə 
Ümumrusiya Heyvandarlıq İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasında doktorluq 
dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və həmin il elmlər doktoru elmi 
dərəcəsi almışdır, 1994-cü ildə Zoomühəndislik fakültəsinin dekanı vəzifəsinə 
seçilmiş, 1997-ci ildə professor elmi adı almışdır. Alim 1998-ci ildə Ümumrusiya 
Aqrar Təhsil Akademiyasının akademiki, 1999-cu ildə isə təkrar Zoomühəndislik 
fakültəsinə dekan vəzifəsinə seçilmişdir. Q. Abdullayev l40-dək elmi əsərin, o 
cümlədən 2 dərslik, 3 dərs vəsaiti, 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun 
rəhbərliyi altında 4
 
nəfər elmlər namizədi elmi dərəcəsi almış, 1 nəfər işini müdafiəyə 
təqdim etmiş, 2 nəfər doktorluq dissertasiya işi isə müdafıəyə təqdim edilmişdir.
Alimin rəhbərliyi ilə 3 nəfər dissertant işlərini davam etdirir, 5 nəfər magistr dərəcəsi 
almışdır. O, ADAU-da fəaliyyət göstərən 02131-№-li Namizədlik Dissertasiya 
Müdafiəsi Şurasının həmsədridir. Alim 2004-cü ildə Təhsil Nazirliyiynin və Kənd 
Təsərrüfatı Nazirliyinin Fəxri fərmanları, 2005-ci ildə isə "Təhsil Nazirliyi 
Kollegiyasının" qərarı ilə "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunmuşdur. O, 
hazırda ADAU-nun "Heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalı texno-
logiyası" kafedrasının müdiri vəzifəsində işləyir, 2008-ci ildə Azərbaycan 
Respublikası «Avropa Nəşr Mətbu Evi» təşkilatının ilin ən yaxşı Vətənpərvər 
Tədqiqatçı alimi Qızıl Mükafatı ilə təltif olunmuşdur. Q. Abdullayev hazırda 
ölkəmizdə daha yüksək məhsuldar endemik qoyun cinslərinin genetik və təsərrüfat 
xüsusiyyətlərinin öyrənilməsi, seleksiyası və yetişdirilməsi sahəsində elmi axtarışlarını 


79 
uğurla davam etdirir. O, 2011-ci ildə Azərbaycan 
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin «Damazlıq 
Şurası»nın sədri seçilmişdir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin