Fяxrяddиn mustafayev


Ağayeva Emma Müzəffər qızı



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə79/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   207
N 349

Ağayeva Emma Müzəffər qızı
(1951) 
 
Azərbaycan baytarlıq təbabəti mikrobiolo-
giyası və immunologiyası üzrə ilk qadın elmlər 
doktoru, Azərbaycan Tibb Universitetinin «Tibbi 
mikrobiologiya və immunologiya» kafedrasının 


74 
professoru Ağayeva Emma Müzəffər qızının ölkəmizdə mikrobiologiya, immu-
nologiya, immunogenetika, molekulyar biologiya, gen mühəndisliyi və 
biotexnologiya elmlərinin öyrənilməsində, tədrisində və inkişafında xüsusi və 
təqdirəlayiq xidmətləri vardır. O, 1974-cü ildə Azərbaycan Dövlət Aqrar 
Universitetinin baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən 
sonra 1975-ci ildə İnstitutun Elmi Şurasının qərarı ilə Moskva şəhərindəki sabiq 
Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunun mikrobiologiya, virusologiya 
və immunologiya ixtisasları üzrə əyani aspiranturaya daxil olmuş və 1981-ci ildə 
namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək baytarlıq təbabəti 
elmləri namizədi alimlik dərəcəsi almışdır. O, «Mikroorqanizmlərin tipizasiyası 
və tipospesifik serumun (zərdab) alınmasına aid hazırlanan sabiq Ümumittifaq 
miqyaslı tövsiyyənin» müəllifi olmuşdur. E.Ağayeva 1982-ci ildə ADAU-nun 
«Epizootologiya, mikrobiologiya və virusologiya» kafedrasının assistenti, 1987-
ci ildə isə dosenti vəzifəsində işləmiş, 2000-ci ildə Bakı şəhərində 
mikrobiologiya, virusologiya, immunologiya və mikologiya ixtisasları üzrə 
doktorluq dissertasiyası müdafiə edərək baytarlıq elmləri doktoru elmi dərəcəsi 
adına layiq görülmüşdür. Alim əvvəlcə (2003) Azərbaycan Tibb Universitetinin 
«Tibbi biologiya və genetika» kafedrasında dosent, sonra isə (2004) «Tibbi 
mikrobiologiya və immunologiya» kafedrasının professoru vəzifəsinə seçilmiş 
və hazırda həmin kafedrada öz elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir. 
Onun elmi-tədqiqat işlərinin əsas qayəsi müasir biologiya elminin ən prioritet, 
mürəkkəb, lakin planetar və bəşəri əhəmiyyətli, hazırda dinamik inkişaf edən, 
mütərəqqi elm sahələri-molekulyar biologiya, immunologiya, immunogenetika, 
gen mühəndisliyi, biotexnologiya və s. təşkil edir. O, həm də ATU-da qeyd 
edilən müasir və çətin elm sahələrinin tədrisi ilə məşğuldur. Alimin ali 
məktəblər üçün hazırladığı fundamental dərsliklər «Biotexnologiya və gen mü-
həndisliyi», 2010 (azərbaycan və rus dillərində), «Molekulyar biologiya üzrə 
(mikrobiologiya, immunologiya, gen mühəndisliyi) terminlər lüğəti» (2010) və 
s. onun yaradıcılığının şah əsərləri sayılır. O, həm də ölkəmizdə elmi-pedaqoji 
alim kadrların hazırlanmasında çox böyük xidmətlər göstərərək, hazırda bir neçə 
dissertasiya işlərinə elmi rəhbərlik edir, eləcə də bir monoqrafiya, 200-ə qədər 
elmi əsər, tədris vəsaitləri və metodik tövsiyələrin müəllifidir. E.Ağayeva ATU-
nun mikrobiologiya, allergologiya, epidemiologiya və gigiyena üzrə Dissertasiya 
Şurasının üzvü kimi də universitetin ictimai həyatında çox fəal iştirak edir. 
Hazırda alimin çox geniş dipozonlu elmi-pedaqoji yaradıcılıq planları vardır. O, 
hazırda biologiya elminin qeyd edilən müasir sahələri üzrə öz elmi-pedaqoji 
yaradıcılq işlərini çox uğurla davam etdirir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin