Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə87/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   207
N 349

ANAMIN AĞ KƏLAĞAYI 
 
Açılanda səhər idi, 
Ömrümüzə nəmər idi, 
Günəş üzə qəmər idi 
Anamın ağ kəlağayı. 
Buludlarla yarışardı,
Baxanda göz qamaşardı. 
Anama çox yaraşardı 


83 
Anamın ağ kəlayı. 
Qonaqlara hörmət idi, 
Yad baxışa nifrət idi, 
Namus idi,qeyrət idi, 
Anamın ağ kəlağayı 
Atam öldü uçdu qaya, 
Hamı gəldi bu haraya, 
Döndü qara kəlağaya, 
Anamın ağ kəlağayı. 
Yetimliyim yaddaş olub, 
İpəkliyə yad, daş olub, 
Məzar üstə ağ daş olub, 
Anamın ağ kəlağayı. 
(Rübail) 
Tağıyev Sabir Məhərrəm oğlu
(1928) 
 
Ölkəmizdə aqrar sahə mütəxəssislərinin (baytarlıq 
təbabəti həkimləri və əczaçıları, zoomühəndislər və s.) 
hazırlanmasında mühüm rol oynayan alimlərimizdən 
biri də baytarlıq təbabəti farmokologiyası, əczaçılığı, 
mamalığı və ginekologiyası sahəsində tanınmış alim, 
ADAU-nun professoru Sabir Tağıyevdir. O, 1951-ci 
ildə ADAU-nun Baytarlıq təbabəti fakültəsini bitirmiş, 
1954-cü ildə "Mamalıq" kafedrasında ordinator vəzifə-
sində işləmiş, 1961-ci ildə baytarlıq təbabəti elmləri namizədi alimlik dərəcəsini 
almışdır. Alim 1962-ci ildə Baytarlıq təbabəti fakültəsinin nəzdində fəaliyyət 
göstərən ―Naftalan nefti üzrə problem laboratoriyası‖na baş elmi işçi vəzifəsinə 
seçilmiş, 1970-ci ildə doktorluq dissertasiyasını tamamlamışdır. O, 1975-ci ildə 
"Anatomiya, farmakologiya və patoloji anatomiya" kafedrasında dosent 
vəzifəsində işləmiş, fakültə və universitetin Elmi Şurasının üzvü olmuşdur. 
S.Tağıyev 1990-1997-ci illərdə "Anatomiya, farmakologiya, terapiya və 
mamalıq" kafedrasının müdiri, 1997-ci ildən 2004-cü ilə qədər Zoobaytarlıq və 
əmtəəşünaslıq fakültəsinin dekanı vəzifələrində çalışmış, 2004-cü ildə yenidən 
"Anatomiya, farmakologiya, terapiya və mamalıq" kafedrasına müdir 
seçilmişdir, 2009-cu ildən "Əczaçılıq və morfologiya" kafedrasının professoru 
vəzifəsində çalışır. S.Tağıyev 150-yə qədər elmi əsərin, o cümlədən, 20 dərslik, 
dərs vəsaiti, monoqrafiya, kitabça və metodik göstərişin müəllifidir. Onun 
"İnəklərin qısırlığına səbəb olan ginekoloji xəstəliklər‖, "Kənd təsərrüfatı 
heyvanlarının qısırlığı və mübarizə tədbirləri‖, "Baytarlıq mamalığı", "Naftalan 
nefti və onun quşçuluqda tətbiqi", "Qaramalda rüşeymin transplantasiyası" və 


84 
Təhsil Nazirliyinin qrifləri ilə "Yeyinti məhsullarının kriminalistik ekspertizası" 
və "Baytarlıq toksikologiyası" adlı kitabları tədris prosesində geniş istifadə 
edilir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin