Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə90/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   207
N 349

 
 
 
Əzimov Ġlham Muqbil oğlu 
(1934) 
 
Baytarlıq elmləri doktoru, professor İlham Əzimov 
1959-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin 
baytarlıq təbabəti fakultəsini bitirib. O, Azərbaycanda 
baytarlıq təbabəti mikologiyası sahəsində fundamental-
tətbiqi xarakterli elmi tədqiqat işləri aparan ilk alimdir. 
Alim 1959-1962-ci illərdə Respublika EA Neft-Kimya 
Prosesləri İnstitutun bioloji-fəal maddələrin öyrənilməsi 
kaboratoriyasında kiçik elmi işçi vəzifəsində işləyib. Bu müddətdə 100-dən çox neft 
mənşəli preparatları heyvanların müxtəlif xəstəliklərində sınaqdan keçirib. İ.Əzimov 
1962-ci ildə ―Şərəf Nişanı‖ ordenli Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna 
aspiranturaya daxil olub, 1964-cü ildə namizədlik, 1996-cı ildə isə doktorluq 
dissertasiyalarını müdafiə etmişdir. O, 1964-cü ildə İnctitutda baş elmi işçi, 1971-
1994-cü illərdə kaboratoriya müdiri, 1994-cü ildən İnstitutun elmi işlər üzrə direktor 
müavini, 2001-ci ildən isə Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət 
İnstitutunda direktor vəzifəsində çalışır. Onun apardığı tədqiqatlar nəticəsində 
respublikamızda bir çox göbələk xəstəlikləri, o cümlədən iri buynuzlu heyvanların 
aktinomikozu, quşların aspergillyozu, qoyunların aktinobasillyozu, yemlərdə toksiki 
göbələklərin yayılması və onların verdiyi zəhərlənmələr öyrənilmiş və onlara qarşı 
mübarizə tədbirləri hazırlanmışdır. İ.Əzimovun rəhbərliyi və iştirakı ilə quşların 
aspergillyoz, 
pulloroz, 
kolibakterioz 
xəstəliklərin 
törədicilərinə 
qarşı 
dezinfeksiyaedici preparat (hipoxlorit natri) təklif olunub. Heyvanların trixofitiya və 
mikrosporiya xəstəliklərinin öyrənilməsində İ.Əzimovun xüsusilə böyük hörməti 
olmuşdur. O, bütün növ (iri buynuzlu heyvan, camış, zebu, qoyun, qunduz, it və 
pişiklərdə) heyvanlarda bu xəstəlikləri öyrənməklə, xəstəliyininsanlar arasında 
yayılmasında heyvanların rolunu müəyyənləşdirmiş, həmçinin bu xəctəliklərə qarşı 
müalicə və profilaktika tədbirlərini hazırlamışdır. Alim dünyada ilk dəfə olaraq zebu 
və camışlarda dəmirov xəstəliyini ətraflı öyrənmişdir. İ.Əzimov 110 elmi əsərin, o 
cümlədən 2 kitab və 1 monoqrafiya, 4 müəlliflik şəhadətnaməsinin müəllifidir. 
Onun əsərləri respublikamızda, həmçinin Moskva, Sankt-Peterburq, Kazan, Tbiisi, 
Mahaçkala, Səmərqənd, Budapeşt və digər şəhərlərdə dərc olunmuşdur. Onun 
rəhçərliyi ilə 5 nəfər elmlər namizədi, bir nəfər elmlər doktoru hazırlanmışdır, 
hazırda 3 aspiranta rəhbərlik edir, Az. MEA-nın mikrobiologiya İnstitutunun 
müdafiə 
şurasının 
sədr 
müavinidir. 
Onu 
bəzi 
Müstə-


87 
qil Dövlətlər Birliyində də istedadlı mikoloq kimi tanıyırlar. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin