Fяxrяddиn mustafayev


Ələsgərov Zahir Əmir oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə93/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   207
N 349

Ələsgərov Zahir Əmir oğlu 
(1960) 
 
Ələsgərov Zahir Əmir oğlu 1984-cü ildə ADAU-
nun Baytarlıq təbbabəti fakültəsini fərqlənmə diplomu 
ilə bitirmiş, elə həmin ildə məzunu olduğu institutun 
«Epizootologiya, Mikrobiologiya və Virusologiya» 
kafedrasının nəzdində əyani təhsil üzrə məqsədli 
aspiranturaya qəbul olmuşdur.
1988-ci ildə «Çiçəyə qarşı peyvənd olunmuş 
quşların orqanizminin immunobioloji reaktivliyinə 


90 
stress faktorların təsiri» mövzusunda dissertasiya işini müdafiə edərək, baytarlıq 
elmləri namizədi alimlik dərəcəsini almışdır, 1988-ci ildə ―Epizootologiya, 
mikrobiologiya və Parazitologiya‖ kafedrasında assistent, 1993-cü ildə isə həmin 
kafedranın dosenti seçilib. 1996-1999-cu illərdə Zoobaytarlıq və Əmtəəşünaslıq 
fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. 2002-2008-ci illərdə 
«Qoyunların infeksion xəstəlikləri»ni öyrənən elmi-tədqiqat laboratoriyasının elmi 
rəhbəri kimi fəaliyyət göstərmiş və bu problemlə əlaqədar olaraq məqsədyönlü elmi-
tədqiqatlar aparmaqda davam edir. O, 60-dan çox elmi əsərin, 3 dərslik, 2 dərs 
vəsaiti və 2 monoqrafiyanın müəllifidir.
Z. Ələsgərovun elmi əsərlərinin bir qismi Türkiyə, Rusiya, Gürcüstan, 
Belarus və Ukraynanın nüfuzlu elmi jurnal və külliyatlarında dərs edilmişdir, 
heyvanların və quşların bəzi infeksion xəstəliklərinin profilaktikasına və onlara 
qarşı mübarizə tədbirlərinə həsr olunmuş bir sıra elmi tövsiyələrin müəllifidir. O, 
bir sıra xarici ölkələrdə (Türkiyə, Rusiya, Fransa, Gürcüstan, Ukrayna və 
Norveçdə) Baytarlıq elminin və praktikasının aktual problemlərinə həsr olunmuş 
beynəlxalq elmi konqres, simpozium, konfrans və seminarlarda elmi məruzələrlə 
çıxış etmiş və müvafiq sertifikatlar almışdır, Respublikanın «Qabaqcıl təhsil 
işçisi» döş nişanı ilə təltif edilmişdir. 
Z. Ələsgərov «Azərbaycanda qoyun və quzuların Salmonellyozunun 
öyrənilməsi və ona qarşı səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsi» 
mövzusunda doktorluq dissertasiyası işini yekunlaşdırmışdır. 
O, 2011-ci ildən icrasına start verilmiş «Norveç Təbiət Elmləri Universiteti 
ilə ADAU-nun birgə həyata keçirdiyi akademik layihə»nin bir istiqaməti olan 
«K/t heyvanlarında brusselyozunun öyrənilməsi» layihəsinə rəhbərlik edir, 
2000-ci ildən ADAU-nun ―Epizootologiya, Mikrobiologiya və Parazitologiya‖ 
kafedrasının müdiri vəzifəsində çalışır. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin