93
– Kifayət qədər insulin, interferon, antibiotiklər, viatminlər, əvəz olunmayan
amin turşuları, yem və qida zülalları,
əlavələri, bitkilərin mühafizəsi üçün
preparatlar və s istehsalı;
– Ontogenezdə genlərin tənzimlənməsi, informasiyası və idarə edilməsi;
– Genlərə təsir etməklə onun idarə olunmasını və tənzimlənməsini nəzarətə almaqla
heyvanların, quşların və balıqların məhsuldarlığının və xəstəliklərə davamlılığının
artırılması, arzuolunmayan (anomal) əlamətlərin qarşısının alınması;
– Mutasiya prosesinin idarə edilməsi texnologiyasının işlənib hazırlanması
yolu
ilə mütərəqqi, əlverişli, səmərəli irsi dəyişkənliyə
nail olmaqla yeni
mikroorqanizm ştammlarının, bitki növlərinin, heyvan, quş və arı cinslərinin
yaradılması və onların xəstəliklərinin qarşısının alınması;
– Heyvanlarda cinsiyyətin tənzim olunması (bu
proses hələlik ipək qur-
dunun cinsiyyətinin tənzimlənməsi üçün mümkün olmuşdur);
– Heyvanlarda genlərin surətinin alınması üçün somatik hüceyrələrdən alı-
nan xüsusi genetik materialın yumurta hüceyrəsinə köçürülməsi (bu mani-
pulyasiya hələlik amfibiya, balıq və siçanlarda uğurlu nəticələr verib);
– Genetik surətin alınması yolu ilə yüksək məhsuldar-elit və xəstəliklərə
davamlı heyvan, quş və arı cinslərinin yetişdirilməsi;
– Radiasiyanın, kimyəvi mutagenezin və ekoloji fəsadların mutagen təsirindən
insan və heyvanların irsiyyətinin mühafizəsi problemleminin həll olunması;
– Heyvanların və quşların irsi xəstəlikləri ilə kompleks mübarizə üsullarının
öyrənilməsi və rasional mübarizə tədbirlərinin işlənib hazırlanması.
Son illər
nəzəri və eksperimental tədqiqatların
təhlili sübut edir ki, canlı
aləm Günəş sisteminin inkişafının başlanğıc mərhələsində qeyri-üzvi birləş-
mələrlə üzvi birləşmələrin sintezindən yaranmış
və kimyəvi
Dostları ilə paylaş: