91
təsərrüfatı sahələrində işlədikdən sonra 1964-cü ildə
Azərbaycan Elmi-Tədqiqat
Baytarlıq İnstitutunda helmintologiya üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə
Gürcüstan respublikasının Zoobaytarlıq Elmi-Tədqiqat və Tədris İnstitutunda
müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-1972-ci illərdə
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sistemində müxtəlif
vəzifələrdə-Baş Baytarlıq və Otlaqlar idarələrində böyük və baş baytar həkimi və
Respublikanın Baytarlıq laboratoriyasının direktoru vəzifələrində çalışmışdır. O,
1972-ci ildə Kənd Təsərrüfatı Nazirinin əmri ilə Azərbaycan Elmi-Tədqiqat
Baytarlıq İnstitutuna baş elmi işçi vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə
keçmiş
SSRİ-nin Ali Attestasiya Komissiyasının qərarı ilə ―Baytarlıq Sanitariyası‖ üzrə baş
elmi işçi rütbəsi diplomuna layiq görülmüşdür. Ə.T.Məmmədli 1980-ci ildən
AzETBI-nin ―Ekologiya, sanitariya, ekspertiza və yoluxmayan xəstəliklər‖
laboratoriyasının müdiridir. Onun rəhbərliyi ilə göstərilən sahələr üzrə
laboratoriyada
çox dəyərli, iqtisadi cəhətdən səmərəli və praktiki əhəmiyyətli
tədqiqatlar aparılmış və sanballı təkliflər verilmişdir. Laboratoriyanın apardığı geniş
miqyaslı elmi təfqiat işləri nəticəsində çox qiymətli tətqiqat işləri təsərrüfatlarda
həyata keçirilmişdi: ―Yüksək keyfiyyətli südün alınma texnologiyası‖, ―İri buynuzlu
heyvanların saxlanmasında optimal mikroiqlim parametrləri‖, ―Sağım avadan-
lıqlarının və süd qablarının hipoxlorit natrium məhlulu
ilə yuyulub-dezinfeksiya
edilməsi‖, ―Camış saxlanan heyvandarlıq binalarında optimal mikroiqlim
parametrlərinin təmin olunması‖, ―Müasir heyvandarlıqda mastit xəstəliklərinə qarşı
kompleks tədbirlər konsepsiyası‖, ―İnəklərin mastit xəstəliklərinin diaqnozu,
müalicə və profilaktikasına dair təlimat‖, ―Qaramalın yelin xəstəlikərinə qarşı
kompleks tədbirlər sistemi‖ və s. Respublika heyvandarları və zoobaytar
mütəxəssisləri onu
zəhmətkeş, yüksək intellektual səviyyəli və eridusiyalı, qayğıkeş
insan kimi tanıyırlarlar. Ə.T.Məmmədli 5 kitabın, 18 kitabçanın və broşuranın, 7
tövsiyənin, 3 metodiki göstərişin, 2 metodiki vəsaitin, 1 təlimatın, 150 –dən artıq
elmi məqalənin, çox saylı
elmi-populyar məqalələrin, vərəqələrin, buklet və
plakatların, 1 ixtiranın, 4 diaqnostik testin və 1 yerli sənaye məhsulundan hazırlanan
dezinfeksiyaedici preparatın müəllifidir. Hazırda ekologiya,
sanitariya və
yoluxmayan xəstəliklər sahəsində laboratoriyada fundamental tədqiqat işlərinin
aparılmasına və həyata keçirilməsinə rəhbərlik edir və elmi axtarışlarını davam
etdirir.
Dostları ilə paylaş: