98
dayanıqlı və dinamik surətdə davam etdirir. Həmin hüdudun astanasının-
sərhəddinin pozulması orqanizmin həyat fəaliyyətinin dəyişilməsi, hətta məhv
olması ilə nəticələnir. Homeostaz həzm traktı və tənəffüs sistemində, qan və
limfa dövranında,
qaraciyərdə, sümük iliyində baş verən proseslərin hesabına
təmin edilir. Belə ki, daxili mühitə həzm sistemindən zülallar, karbohidratlar,
yağlar, su, duzlar və vitaminlər, ağciyərlərdən O
2
,
qaraciyərdən onun özündə
sintez olunan bəzi maddələr (öd turşuları və s.), cinsiyyət vəzilərindən
hormonlar, sümük iliyindən qanın formalı elementləri, ürəkdən mediatorlar
(asetilxolin, yaxud noradrenalin-simpatin), böyrəklərdən isə renin fermenti daxil
olur. Daxili mühitdən isə böyrəklər vasitəsilə su,
ammonyak, sidik cövhəri və
turşusu, müxtəlif qeyri-üzvi maddələr, həzm traktı ilə-duzlar, sidik cövhəri və
digər aralıq məhsulları, ağciyərlərlə CO
2
və s. qazlar ekskresiya-xiric edilir. Bu
olduqca mürəkkəb proseslər daimi və fasiləsiz olaraq davam edir və orqanizmin
homeostazı təmin olunur. Homeostazın təmin edilməsində ən başlıca funksiyanı
hüceyrə mübadiləsi yerinə yetirir. Daxili mühitə maddələr yalnız
hüceyrə
membranı ilə daxil olur, mübadilə məhsulları-metabolitlər isə hüceyrədən
çıxaraq hüceyrəarası mayedə hər hansı bir maddənin çatışmaması, yaxud artıq
olması hüceyrələrin funksiyasını ya gücləndirir, ya da tormozlayır. Məsələn,
daxili mühitdə zülallar çatışmadıqda hüceyrələrdə onların sintezi güclənir, artıq
olduqda isə-əksinə proses baş verir. Hüceyrəarası mayedə zülalların artıq olması
hüceyrənin ribonukleaza fermentini fəallaşdırır və həmin ferment RNT-yə təsir
etdiyi üçün o, zülal sintezində iştrakını dərhal dayandırır. Daxili mühitin daimi
sabitliyi neyro-humoral yolla tənzimlənir.
Dostları ilə paylaş: