Fяxrяddиn mustafayev


çərçivəsində baş verir və genlərin nəzarəti altında idarə olunur və tənzimlənir



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə100/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   207
N 349

çərçivəsində baş verir və genlərin nəzarəti altında idarə olunur və tənzimlənir.
Mərkəzi sinir sisteminin bütün şöbələrinin, o cümlədən onun ali şöbəsi sayılan 
baş-beyinin böyük yarımkürələrinin fəaliyyətinin əsasını refleks təşkil edir. 
Refleks
-(latınca-reflexus-əks olunan, geriyə qayıdan) orqanizmin reseptorların 
qıcıqlanmasına qarşı mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi mürəkkəb, cəld 
və təcili cavab reaksiyası olub, elmə ilk dəfə fransız alimi Rene Dekart 
tərəfindən daxil edilib. Fiziologiya elminə refleks təlimini XVIII-əsrdə 
İ.Praxanski və P.Uenzer daxil etmişdir, sonralar isə İ.M. Seçenov, İ.P.Pavlov, 
Ç.Şerrinqton, İ.Beritov və R.Anoxin tərəfindən daha ətraflı və geniş tərzdə 
öyrənilmişdir. İ.P.Pavlov bütün refleksləri 2 əsas qrupa– 
şərtsiz 
(anadangəlmə, 
genetik, nəsildən nəsilə verilən) və 
şərti
(həyatda qazanılan) növlərə bölmüşdür. 
Şərtsiz refleksə uşağın, yaxud körpə heyvanların doğulan kimi anasını əmməsi, 
heyvanlararın hərəkət etməyə (ayağa durmağa meyl göstərməsi, inək və 
qoyunların yalamaqla balasını qurutması, körpə heyvanların mələməsi və s.), 
şərti refleksə isə müəyyən şərtlərə qarşı (tanış olan yemləri gördükdə ağız suyu 
və mədə şirəsinin ifrazı və s.) aiddir. Bioloji əhəmiyyətinə görə reflekslərin 
qida 
(həzm),
tənəffüs, müdafiə, cinsiyyət, səs, orientasiya, lokomator, poznotonik
və 
s. növləri vardır. Mərkəzi sinir sisteminin şöbələrinin refleksdə iştirak 
etməsindən asılı olaraq onun 
spinal
(onurğa beyin neyronları iştirak edir),
 
bulbar 
(uzunsov beyin iştirak edir), 
mezensefal
(orta beyin iştirak edir), 
diensefal
(aralıq beyni iştirak edir) və 
kortikal
(böyük beyin yarımkürələrinin 
iştrakı ilə gedir) növləri ayırd edilir. Reseptorların (sinir uclarının) yerləşmə 
yerinə görə isə reflekslər 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin