Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə108/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   207
N 349

xüsusi maye-
matriks 
toplanır. Matriksdə olan çoxlu sayda fermentlərin təsirindən hüceyrədə 
metobolizm prosesi zamanı yaranan enerji bioloji enerjiyə çevrilir və 
adenozintrifosfat (ATF) sintez olunur. ATF tərkibindəki fosfat turşusu 
molekulunu itirərək adenozindifosfata (ADF) və adenozinmonofosfata (AMF) 
çevrilir və hüceyrənin bütün energetik funksiyaları təmin edilir. Mitoxondrilər 
yağ turşuları, fosfolipidlər və zülalların (az miqdarda) sintezində də iştirak 
etməklə, onların tərkibində 25-30% lipid, 65-70% zülal və cüzi formada DNT və 
RNT olur. 
Holçi kompleksi
müxtəlif (çən, qabarcıq, vakuol) formalı orqanoid olmaqla, 
əsas funksiyası metabolizm prosesinin aralıq məhsullarını və ətraf mühitdən 
daxil olan kimyəvi maddələri hüceyrələrdən təcrid və xaric etməkdən ibarətdir. 
Bu kompleks nüvənin yanında yerləşərək hüceyrə mərkəzini əhatə etməklə ilk 
dəfə olaraq Nobel Mükafatı Laureatı Kamillo K.Holçi (1898) tərəfindən 
neyronlarda müşahidə edilməklə, eritrositlər və yetişmiş spermatozoidlərdən 
başqa bütün hüceyrələrdə mövcuddur, hüceyrənin sekretor və ifrazat 
funksiyasını icra edir. 
Lizosomlar 
– kiçik (0,4-08 mkm) ölçüyə malik olan və hidrolitik 
fermentlərlə dolu kisəciklərdən ibarətdir. Onların əsas funksiyası hüceyrələrin 
həzm fəaliyyətini təmin etməkdir. Onlar heyvan və göbələklərin hüceyrələrinin 
orqanoidi olmaqla Holçi kompleksində əmələ gəlir. Bitki hüceyrəsində mövcud 
deyil, bir qat membrandan ibarətdir, tərkibindəki fermentlər hüceyrəyə daxil 
olan markomolekulyar birləşmələri hidrolizə uğradır. Lizosomlar müdafiə 
funksiyasına malik olmaqla hüceyrəyə daxil olan DNT genomalı virusları öz 
fermentləri ilə neytrallaşdıraraq onları parçalayır. 
Endoplazmatik şəbəkə
(tor) – hüceyrələrdə olan kiçik borulardan ibarət, tor 
şəkilli ikiqat membranla təşkil olunmaqla hüceyrənin müxtəlif elementlərinin və 
sitoplazma daxili proseslərin qarşılıqlı əlaqəsini tənzimləyir. Bu şəbəkənin iki 
tipi-qranulyar (membrana çoxlu sayda ribosom birləşən) və aqranulyar (yalnız 
membranlardan təşkil edilən) vardır. Qranulyar şəbəkənin səthində zülallar, 
aqranulyarınkında isə karbohidratlar və lipidlər sintez olunur. Hücyerənin aparıcı 
sistemi adlanan bu şəbəkə onun bütün orqanoidləri və nüvəsi ilə qarşılıqlı 
əlaqədə olur. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin