divergensiya
(aralanma, haçalanma) yolu ilə digər canlılar yaranır, inkişaf edir
(sxem 2 ).
101
Sxem 2.
Margelis və Şvarsa görə canlı orqanizmlərin təsnifatı (1982)
Hüceyrənin struktur elementləri (komponentləri) çox kiçik olduğuna görə
onların morfoloji xüsusiyyətləri öyrənilərkən müxtəlif ölçü vahidlərindən
istifadə olunur
(cədvəl 1)
. Hüceyrə canlı bioloji vahid kimi müxtəlif kimyəvi
birləşmələr və elementlərdən təşkil olunur
(cədvəl 2, 3)
.
102
Cədvəl 1.
Hüceyrə komponentlərinin ölçü vahidləri
Ölçü vahidi
Hərfi mənası
Metr hissələri
Millimetr
Mikrometr
Nanometr
Mikron
Anqstrem
Mm
Mkm, həmçinin μm
kimi də işarə olunur
nm
mk
A
0
Mində
bir,
10
-3
m,
yaxud milyonda bir, 10
-6
m
millimetrin mində biri
Miliyardda
bir,
10
-9
m
yaxud mikrometrin mində biri
1 mk=0,001 mm
1 A
0
=0,0001 mk və yaxud
0,0000001 mm
1 nm=1000 mk
1000 mk=10000000 A
0
Cədvəl 2.
Hüceyrədə kimyəvi birləĢmələrin miqdarı (Z.F.Qarayev və b. 2002)
BirləĢmələr, %-lə
Qeyri-üzvi
Uzvi
Su
70-80
Zülallar
10-20
Karbohidratlar
0,2-2,0
Yağlar
1,0-5,0
Qeyri-üzvi
maddələr
1,0-1,5
Nuklein turşuları
1,0-2,0
ATF və digər kiçik
molekullu maddələr
0,1-0,5
103
Cədvəl 3.
Hüceyrədə kimyəvi elementlərin miqdarı (Z.F.Qarayev və b. 2002)
Elementlər
Miqdarı,%-lə
Elementlər
Miqdarı,%-lə
Oksigen
65-75
Kalsium
0,04-2,00
Karbon
15-18
Maqnezium
0,02-0,03
Hidrogen
8-10
Natrium
0,02-0,03
Azot
1,5-3,00
Dəmir
0,01-0,015
Fosfor
0,2-1,00
Sink
0,0003
Kalium
0,15-0,4
Mis
0,0002
Kükürd
0,15-0,2
Yod
0,0001
Xlor
0,05-0,1
Flüor
0,0001
2.2.
Heyvan hüceyrəsinin quruluĢu və fknksiyaları
Molekulyar səviyyədə aparılan mikroskopik müayinələrə əsasən ayrı-ayrı
fərdlərin həyat fəaliyyətində aparıcı rol oynayan hüceyrələr müəyyən
komponentlərdən, xüsusilə
orqanoidlərdən
(ribosomlar, mitoxondrilər, lizosomlar,
Holci kompleksi, endoplazmatik - tor-şəbəkə, hüceyrə mərkəzi-sentrosom),
sitoplazma, nüvə və hüceyrə membranından ibarətdir
(Ģəkil 1)
. Bu komponentlərin
hamısı hüceyrə qişası, təbəqəsi – membranı (bioloji qat) ilə
əhatə olunmaqla
hüceyrənin tamlığı, ətraf mühitlə, eləcə də digər hüceyrələrlə qarşılıqlı əlaqəsi
təmin olunur.
Hüceyrə membranı (sitoplazmatik membran)-
onun bütün komponentlərini
xaricdən əhatə edən, formasının sabit saxlanmasına zəmin yaradan,
zədələnməsinin qarşısını alan xüsusi qişa olub 3 nazik təbəqədən (iki zülal və
onların arasında yerləşən bir lipid qatından) ibarətdir. Membranın malik olduğu
külli miqdarda fermentlər müxtəlif maddələrin hüceyrəyə mübadilə olunmasını
təmin etməklə çox mühüm funksiyanı yerinə yetirir. Sitoplazmatik membran
yüksək seçicilik və keçiricilik xassəsinə malik olmaqla hər maddənin hüceyrəyə
və əksinə, ondan mühitə keçməsinin qarşısını alır, beləliklə də onun normal
funksiyasını təmin edir.
Sitoplazma
– hüceyrədaxili maye olmaqla, onun əsas kütləsini təşkil edir,
zülalların biosintezini və hüceyrələrin həyat fəaliyyətinin bütün proseslərini
yerinə yetirir. Onun tərkibinin 85%-ni su, 10%-ni zülallar, 5%-ni isə başqa
maddələr təşkil edir. Heyvan hüceyrələrinin sitoplazması kolloid maddə olub,
qatılığına görə bir-birindən fərqlənən iki təbəqədən-duru endoplazma və qatı
ektoplazmadan ibarətdir. Bütün orqanoidlər (piqmentlər, qlikogen, zülal
kristalları, hüceyrə törəmələri, yağ damlaları) də sitoplazmada yerləşir və
metabolizm prosesləri də burada icra olunur.
|