99
Katabolizm
– hüceyrələrdə sintez olunan mürəkkəb maddələrin son məh-
sullara qədər parçalanması, çevrilməsi, mübadilənin son məhsullarının isə
onlardan ifrazat orqanları vasitəsilə xaric olunmasıdır. Metabolizm bütün sonrakı
proseslərin-böyümə, inkişaf, çoxalma,
qidalanma, tənəffüs, həyat fəaliyyəti
məhsullarının xaric edilməsi, hərəkət, xarici mühitin
dəyişilməsinə verilən
müvafiq cavab reaksiyası-həyata keçirilməsi üçün əsaslı zəmin yaradır. Bu
proseslər zamanı yaranan aralıq və son məhsullar hüceyrə tərəfindən istifadə
olunmayaraq böyrəklər, mədə-bağırsaq sisteminin selikli qişası, ağız suyu,
mədəaltı və digər vəzilərin sekretləri, dəri və tənəffüs orqanları
vasitəsilə
hüceyrələrdən xaric olunur. Tənəffüs zamanı karbon qazı, tərlə isə– su, sidik
cövhəri və mineral duzlar orqanizmdən ixrac edilir. Lakin hücyrədən aralıq və
son metabolizm məhsullarının ixrac olunması, yəni ifrazat funksiyası başlıca
olaraq, böyrəklərin vasitəsilə həyata keçirilir. Bu proseslər böyrəyin əsas aparıcı
funksional vahidləri sayılan
nefronların
vasitəsi ilə icra olunur. Qaramalın bir
böyrəyində 4, qoyunda-1, donuzda isə-1,5 milyon nefron vardır. Qeyd
olunanlardan belə nəticəyə gəlmək olur ki, həm insan,
həm də heyvan və
quşların orqanizmində baş verən bütün fizioloji, biokimyəvi və digər həyat üçün
vacib olan proseslərin hamısı məhz hüceyrələrdə baş verir və onlar ən aparıcı,
mərkəzi funksional vahid sayılır. Buna görə də hüceyrənin quruluşuna və
funksional fəaliyyətinə daha önəmli yer verilməsi, geniş və ətraflı şərh olunması
daha məqsədəuyğundur. İrsiyyətin sitoloji əsasları da məhz hüceyrə və onun
komponentləri, xüsusilə nüvə ilə əlaqədardır.
Dünyanın məşhur bioloq, morfoloq, sitoloq, histoloq,
genetik və fi-
zioloqları elmi cəhətdən bir araya gələrək birmənalı surətdə hazırda hüceyrənin
tərifinin aşağıdakı kimi şərh olunmasını daha məqsədəuyğun hesab edirlər.
Dostları ilə paylaş: