109
xromosomlarda yerləşir. Hüceyrələrin nüvəsində müxtəlif sayda dairəvi
cisimciklər – nüvəciklər yerləşir. Nüvəciklərdə ribosomal ribonuklein turşusu
(rRNT) və nüvə zülalları (histonlar) sintez olunur. Xromosomun rRNT sintez
olunan sahələri nüvəciyin təşkilatçısı adlanır. Məsələn, donuzlarda nüvəciyin
təşkilatçısı 8 və 10-cu xromosomlarda müşahidə olunur. Donuzların nüvəcik
əmələ gətirən xromosomlarında baş verən dəyişiklik müxtəlif xəstəliklərin
(ataksiya, hərəkət koordinasiyasının pozulması sindromu və s.) baş verməsi üçün
zəmin yaradır.
Məşhur genetiklər (S.Q.Navaşin, M.S.Navaşin, L.N. Delone, Q.A.Levitski
və b.) isbat etmişlər ki, xromosomların mikroskopik müayinəsi zamanı onlar
müxtəlif forma və ölçülərdə müşahidə olunur və fərdi quruluşa malikdirlər.
Lakin xromosomlarda ümumi morfoloji əlamətlər də mövcuddur. Xromosomlar
əsasən iki teldən – paralel yerləşən xromatid və bir nöqtədə birləşən
sentromerdən-ibarətdir. Xromosomların qurtaracaq hissəsi xüsusi spesifik
quruluşa malik olub, telomerdən sentromerə (xromosomları iki çiyinə ayıran
xüsusi sahə) qədər olan hissəsi onun çiyini adlanır və hər bir xromosomun iki
çiyini olur. Çiyinlərin uzunluğundan və sentromerin yerləşdiyi yerdən asılı
olaraq xromosomlar dörd tipə bölünür
(Ģəkil 6)
:
– Metasentrik
– çiyinləri bərabər olan xromosomlar;
– Submetasentrik
– çiyinləri bərabər olmayan və biri digərindən nisbətən
qısa olan xromosomlar;
–
Dostları ilə paylaş: