Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə110/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   207
N 349

(Ģəkil 3, 4).


107 
Şəkil 3. 
Nüvənin quruluşu
: 1-nüvə, 2-nüvəcik, 3-xromatin, 4-daxili membran, 5-
xarici membran, 6-nüvə porası (məsamə), 7-poralar kompleksi, 8-ribosom, 9-dənəvər 
endoplazmatik şəbəkə (C.Nəcəfov və b., 2010). 
Şəkil 4. 
Eukariot (məməli) hüceyrənin quruluşu.
 Nüvənin orqanellası-nüvəcik aydın 
müşahidə olunur (F.Ayala, C.Kayger, 1987).
 
 
Xromosomlar.
Xromosom (yunanca «xroma»-rəng, «soma»-bədən) termini 
biologiya elminə ilk dəfə V.Valdeyer (1888) tərəfindən daxil edilmişdir. Onların 
forması, morfologiyası və sayı hüceyrənin mitoz bölünməsi zamanı (metafaza və 
anafaza mərhələlərində) öyrənilir 
(Ģəkil 5). 


108 
Şəkil 5. 
1971-ci il Paris nomenklaturasına müvafiq olan insan xromosomlarının 
sxematik görünüşü (M.Babayev, 2006).
 
Xromosomları anilin boyaları ilə boyadıqda onların bəzi sahələri 
(heteroxromatin sahə) boyanı intensiv qəbul etdiyi halda, digər sahələri 
(euxromatin) çox zəif boyanır. Heteroxromatin sahə genetik cəhətdən qeyri-fəal 
(genlərə malik olmadığı üçün), euxromatin sahə isə əksinə çox fəal (genlərə 
malik olduğu üçün) olur. Rentgen – struktur analizinə əsasən hər bir xromosom 
çoxlu sayda (60-64) 30A
o
-diametrli 
xromonemlərdən 
təşkil 
olunur. 
Xromosomların eni 0,2-1,5 mk, uzunluğu isə 2-50 mk olmaqla, onların kimyəvi 
tərkibi əsasən (90-92%) nukleoproteidlərdən və nisbətən azlıq təşkil edən RNT, 
Fe, Mq, Ca və s. ionlardan ibarətdir. 
Hüceyrə nüvəsinin elektron mikroskopu ilə müayinəsi göstərir ki, xro-
mosom 2 ədəd çox nazik saplardan-xromatiddən təşkil olunub. Hüceyrənin hə-
min 
quruluş elementləri irsiyyətin 
maddi 
bazası hesab olunur. 
Dezoksiribonuklein turşusu (DNT) biopolimer birləşmə olmaqla, onun molekulu 
ardıcıllıqla düzülən dezoksiribonukleotidlərdən (monomerlərdən) ibarətdir.Hər 
bir monomerin tərkibi purin, (adenin, quanin), yaxud pirimidin (sitozin, timin) 
əsasından, dezoksiribozadan və fosfat turşusunun qalığından təşkil olunur. DNT-
nin molekulu iki polinukleotid spiral şəklində birləşən, ardıcıl düzülmüş azot 
əsasından, dezoksiribozadan və fosfat turşusu qalığından ibarət zəncirdən 
ibarətdir. Zəncirin birinin adenini digərinin timini (A-T), quanini isə sitozin ilə 
(Q-S) birləşir, həm də zəncirlə qarşılıqlı olaraq biri digərini tamamlayır ki, bu da 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin