106
çəkilməsini, onların əmələ gəlməsini və sentriolların qütbülərə hərəkət etməsini
təmin edir.
Nüvə
– hüceyrənin genetik inforomasiyaları daşıyan başlıca komponenti
kimi əsasən iki vəziyyətdə – sakit (interfaza) və bölünmə (mitoz, yaxud meyoz)
mərhələsində olur. İnterfaza mərhələsində nüvə xromatin adlanan zülali
maddədən təşkil olunur. Xromatitinin iki tipi-adi
mikroskopla görünən
heteroxromatin və yalnız elektron mikroskopu ilə görünən euxromatin
mövcuddur. Onların hər ikisi hüceyrədə zülalların biosintezinə genetik nəzarət
edir. Nüvə hüceyrənin bütün funksiyalarını
idarə etməklə dairəvi, yaxud
ellipsvari formaya malik olub, əsasən (70-90%)
zülallardan, DNT və RNT-dən
ibarətdir. Onun daxili boşluğunda xüsusi şirə-karioplazma, yaxud nukleoplazma
toplanmaqla, burada həm də bir, bəzən isə bir
neçə dairəvi cisimciklərə-
nüvəciklərə təsadüf olunur, həmçinin çoxlu miqdarda zülallar və RNT, az
miqdarda isə DNT vardır. Nüvəciyin başlıca funksiyası ribosomları
formalaşdırmaqdan və ribosomal RNT-nin (rRNT)
sintezini təmin etməkdən
ibarətdir. Nüvənin membranı xüsusi məsamələrə malikdir ki, onlar da nüvə və
sitoplazma arasındakı maddələr mübadiləsini tənzimləyir.
Nüvənin tərkibindəki
ən vacib komponent xromosomlar hesab olunur. Onun membranı zədələnərkən
onda regenerasiya (bərpa) olunma prosesi getmədiyi üçün sitoplazma və
karioplazma qarışır, hüceyrənin normal funksiyası tamamilə pozulur və distrofik
dəyişikliklər baş verir. Elektron mikroskopiyası zamanı heyvan hüceyrələrinin
nüvəsinin struktur elementləri daha aydın görünür
Dostları ilə paylaş: