Fяxrяddиn mustafayev


Bayramov Səhman Yusif oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə91/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   207
N 349

Bayramov Səhman Yusif oğlu
(1967) 
Səhman 
Bayramov 
(1967) 
– 1991-ci ildə 
Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq 
təbabəti fakultəsini fərqlənmə diplomu ilə bitirdikdən 
sonra 1992-ci ilin fevral ayına qədər Xocalı rayonunun 
baytarlıq idarəsində baytar həkimi, həmin ilin aprel 
ayından isə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq 
İnstitutunun parazitologiya laboratoriyasında kiçik elmi 
işçi vəzifəsində işləmişdir. O, 1993-cü ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq 
İnstitutunda parazitologiya ixtisası üzrə qiyabi aspiraturaya daxil olub, 1997-ci 
ildə ―Toyuqların askaridiozuna qarşı baldırğanın və onun antihelmint prepa-
ratlarla qarışıqlarının işlədilməsi‖ mövzusunda dissertasiya işini müdafiə edərək 
baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır. Alim 27 mart 1998-ci ildən 
2007-ci ilə kimi parazitologiya laboratoriyasında böyük və aparıcı elmi işçi 
vəzifəsində çalışmış, 23 fevral 2007-ci ildən isə Kənd Təsərrüfatı Naziri 
tərəfindən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun direktoru təyin 
edilmişdir. S.Y.Bayramov 2004-cü ildən ―Azərbaycanda quşların qarışıq 
invaziyalarının yayılması, inkişafı, müalicə və profilaktika tədbirləri‖ adlı 
doktorluq dissertasiyası üzərində işləyir. O, 1 elmi ixtiranın, 3 kitabın, 2 
tövsiyənin, xaricdə və respublikamızda çap olunmuş 70-dən çox elmi əsərin 
müəllifidir. Alimin parazitologiya sahəsində apardığı elmi tədqiqat işləri hazırda 
respublikamızda fəaliyyət göstərən quşçuluq təsərrüfatlarında geniş tətbiq 
olunmaqdadır. S.Bayramovun hazırda rəhbərlik etdiyi Azərbaycan Elmi-
Tədqiqat 
Baytarlıq İnstitutunun alimləri heyvandarlıq və quşçuluq 
təsərrüfatlarında bütün yoluxucu (infeksion və invazion) və s. xəstəliklərə qarşı 
elmi-tədqiqat işlərini uğurla davam etdirirlər.
Tağıyev Arif Əlirza oğlu
(1951) 
Rusiya Federasiyasının Kənd Təsərrüfatı elmləri 
doktoru, professor Arif Tağıyev 1975-ci ildə ADAU-
nun baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu 


88 
ilə bitirdikdən sonra 3 il ərzində Neftçala rayonunun Baytarlıq stansiyasında və 
―Qaraqaşlı‖ broyler fabrikində baytar həkimi vəzifəsində işləmişdir. 1978-ci 
ildən etibarən 20 ilə yaxın müddət ərzində təhsil aldığı ADAU-nun ―Baytarlıq 
təbabəti‖ fakültəsinin ―Zoologiya, zoogigiyena və baytar-sanitar ekspertizası‖ 
kafedrasında ordinator, assistent, baş müəllim və 
dosent vəzifələrində işləyib, 1984-cü ildə Azərbaycan 
Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını 
bitirib və 1986-cı ildə K.İ.Skryabin adına Moskva 
Baytarlıq Akademiyasında namizədlik dissertasiyasını 
uğurla müdafiə etmişdir. 1999-cu ildə Moskva 
baytarlıq təbabəti və biotexnologiya akademiyasında 
―İsti iqlim şəraitində broyler əti istehsalının texnologi-
yasının təkmilləşdirilməsi‖ mövzusunda doktorluq 
dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən 2011-
ci ilə kimi Rusiya Dövlət Aqrar Universitetinin 
―Anatomiya, fiziologiya və zoogigiyena‖ kafedrasında professor vəzifəsində 
çalışmış, Moskva baytarlıq təbabəti və biotexnologiya Akademiyasında və 
Rusiya Dövlət Aqrar Universitetində fəaliyyət göstərən ixtisaslaşdırılmış 
doktorluq dissertasiya şuralarının üzvü olmuşdur. Onun elmi fəaliyyəti quşların 
məhsuldarlığının və xəstəliklərə davamlılığının artırılması üçün vasitə, üsul və 
yolların işlənib hazırlanması və elmi əsaslandırılması ilə bağlıdır, isti iqlim 
şəraitində broyler əti istehsalının texnologiyasının təkmilləşdirilməsi üzrə 
apardığı tədqiqatlarının nəticələri və təkliflər köhnə quş fabriklərinin rekon-
struksiyası və yenilərinin layihələşdirilməsi və tikilməsi zamanı geniş tətbiq 
olunur. Alimin çoxillik tədqiqatlarının nəticəsi olaraq yerli resurs mənbələrinin 
mineralları və bioloji fəal maddələrin əsasında yeni stressəleyhinə preparat 
hazırlanıb istehsalata tətbiq edilmişdir.
A. Tağıyev baytarlıq və zoomühəndislik ixtisası üzrə bir çox mötəbər beynəlxalq 
konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan və Rusiya elmini 
layiqincə təmsil etmiş, 110 elmi əsərin, tədris və tədris – metodiki işlərin, ―Kənd 
təsərrüfatı heyvanlarının xüsusi gigiyenası‖ dərs vəsaitinin müəllifidir, elmi 
tədqiqatlarının nəticələrinə əsasən 3 müəlliflik şəhadətnaməsi və səmərələşdirici 
təklif almışdır. 1986-cı ildən Ümumdünya quşçuluq Assosiasiyasının, 2003-cü 
ildən isə Dietologiya və Nutrisiologiya Baytarlıq Assosiasiyasının üzvüdür,
2011-ci ildə Rusiya federasiyasının ali və elm Nazirliyinin tədrisdə etdiyi yeni 
nailiyyətə görə fəxri fərmanı ilə təltif edilmişdir, apardığı elmi-tədqiqat 
işlərinin nəticələri Rusiya Xalq nailiyyətləri sərgisində nümayiş etdirilmişdir. 
Alim 2012-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin ―Heyvandarlıq və 
balıq məhsulları istehsalının texnologiyası‖ kafedrasında çalışır.

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin