89
1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun baytarlıq
təbabəti
fakültəsini fərqlənmə ilə bitirdikdən sonra 1983-1988-ci illərdə Rusiya Fedarasi-
yasının Krasnodar diyarının və Valadimir vilayətinin kolxoz və sovxozlarında
baş baytar həkimi işləmişdir. 1985-1988-cu illərdə akademik K.Y. Skryabin
adına Moskva baytarlıq akademiyasında aspiranturaya daxil olmuş, 1990-cı ildə
―Inəklərdə qaraciyərin funksiya pozğunluqlarının diaqnostika və
elektrorefleksoterapiyası‖
mövzusunda
namizədlik dissertasıyasını müdafiə
etmişdir. 1991-2011-ci illərdə ADAU-da assistent,
dosent vəzifələrində
işləmişdir. 2009-cu ildə Ural Dövlət Baytarlıq Təbabəti Akademiyasında
doktorluq dissertasiyasını müdafiə etmiş və 2011-ci ildə AR Prezidenti yanında
Ali Attestasiya Komissiyasında təkrar attestasiyadan keçmişdir. F.N.Nəsibovun
elmi-pedaqoji fəaliyyəti çoxcəhətlidir. Kənd təsərrüfatı heyvanlarından inək və
düyələrdə qaraciyərin funksiya pozğunluqları zamanı elektrorefleksoterapiyanın
tədbiqi, embrional itkilərin baş verməsinin əsas amilləri,
reproduktiv funksiya
pozğunluqlarında, həmçinin embrionların transplantasiyasında hormonal
pereparatların və fizioterapeftik aparatların tədbiqinin öyrənilməsi F.Nəsibovun
elmi axtarışlarının əsas istiqamətini təşkil edir. O, bytarlıq və heyvandarlığın
praktiki, metodiki və nəzəri problemlemlərinə həsr olunmuş l15-dən çox elmi
əsərin,
o cümlədən, 1 monoqrafiya, 3 dərslik və 1 dərs vəsaitinin müəllifıdir.
Xırda heyvanların xəstəlikləri―, – Bakı, 2008, Dərslik; ―Südlük inəklərin
reproduktiv fəallıqlarının intensivləşməsinin biotexnikası‖, Voloqda 2008, dərs
vəsaiti (rus dilində); Körpə kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri.
Bakı, 2009, Dərslik; Heyvanların daxili xəstəliklərinin kliniki diaqnostikası‖ –
Bakı, 2011. Dərslik.
Alimin elmi ə
sərləri xarici ölkələrin aparıcı jurnallarında nəşr edilmişdir.
Coxsaylı
beynəlxalq konfranslarda, o cümlədən Podolsk şəhərinin Dubrovis
qəsəbəsində "Rusiyada heyvandarlığın inkişafının müasir texnoloji və seleksiya
aspektləri" üzrə
III
Beynəlxalq Elmi-Praktiki
konfransda iştirak etmişdir, hazırda
Azərbaycan Dövlət Aqrar universitetinin ―Yoluxmayan xəstəliklər‖ kafedrasının
müdiri vəzifəsində işləyir, təhsildə xidmətlərinə görə 2010-cu ildə AR Təhsil
Nazirliyinin, 2011-ci ildə isə AR Kənd Təsərrüfatı Nazirliyinin Fəxri Fərmanlarına
layiq görülmüşdür. F.N.Nəsibov hazırda baytarlıq təbabətinin ən prioritet sahələrinə
həsr olunan elmi axtarışlar aparır.
Dostları ilə paylaş: