Fяxrяddиn mustafayev


Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə86/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   207
N 349

Yusifov Nazim Məhəmməd oğlu
(1940) 
 
Respublikamızda kənd təsərrüfatı mütəxəssislərinin 
hazırlanmasında böyük və önəmli xidmətləri olan 
alimlərimizdən biri də kənd təsərrüfatı elmləri doktoru, 
professor Nazim Yusifovdur. O, 1959-1964-cü illərdə 
Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsini 
bitirmişdir, təhsil aldığı dövrdə Moskva şəhərində 
keçirilən Tələbələrin Ümumittifaq Konfransında 1 dərəcəli 
diplomuna layiq görülmüş və mükafatlandırılmışdır. Alim 1964-cü ildə ADAU-nun 


81 
"Üzvi və bioloji kimya" kafedrasında laborant, 1967-ci ildən isə həmin kafedrada 
assistent, az sonra isə dosent vəzifəsində çalışmışdır. Onun apardığı fundamental elmi-
tədqiqat işlərinin nəticələri "Azərbaycan yem ehtiyatlarının biokimyəvi xüsusiyyətləri" 
adlı monoqrafiyada (1988)geniş və ətraflı şərn olunmuşdur. O, 1991-ci ildə Ukraynanın 
Xarkov səhərində yerləşən Ukrayna Elmi Tədqiqat Bitkiçilik İnstitutunun Elmi 
şurasında doktorluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi 
adına layiq görülmüşdür, 1998– ci ildən Kimya kafedrasında professor vəzifəsində 
çalışır. Universitetdə işlədiyi 45 il ərzində alim laborant, assistent, dosent, vəzifəsində 
çalışmış, professor, kafedra müdiri vəzifələrinədək yüksəlmişdir. N.Yusifov iki 
dərsliyin, 130-dan çox elmi əsərin, 1 monoqrafiya, 6 dərs vəsaiti, 4 metodik göstəriş, 7 
proqram, 4 tövsiyə və 3 kitabçanın müəllifidir. Hazırda ADAU-nun "Kimya" 
kafedrasına rəhbərlik edir və universitetdə ―Tədrisə nəzarət‖ şöbəsinin müdiridir. O, bir 
neçə namizədlik dissertasiyasının elmi rəhbəridir.
 
 
Allahverdiyev Rübail Nəcəf oğlu
(1940) 
 
Respublikamızda aqrar kadrların hazırlanmasında 
böyük xidmətləri olan tanınmış şair-alim, patoloq, 
patofizioloq, 
ekopatoloq 
və 
biokimyaçı 
Rübail 
Allahverdiyev 1964-cü ildə ADAU-nun baytarlıq təbabəti 
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1966-cı 
ildə ―Bioloji kimya‖üzrə əyani aspiranturaya daxil olaraq 
professor Qəhrəman Xəlilovun rəhəbərliyi ilə ―Ontoge-
nezdə 
camış 
qanında 
aminturşularının 
dəyişmə 
dinamikası‖nı öyrənmiş, 1970-ci ildə həmin mövzuda namizədlik dissertasiyası 
müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır, 1975-ci ildən 
ADAU-nun dosenti, 2009-cu ildən isə professoru vəzifəsində işləyir, universitetin 
ictimaii işlərində fəal iştirakı ilə fərqlənib. Alim 1964-1966-cı illərdə ADAU-nun 
komsomol komitə katibi (raykom səlahiyyətli), 1971-1975-ci illərdə partiya 
komitəsinin katibi, sonra ―Kadr uğrunda‖ qəzetinin baş redaktoru olmuşdur, 
Azərbaycan yazıçılar birliyinin üzvüdür, 10 şeir kitabının müəllifidir, 2009-cu ildə 
―Tələsdikcə gecikirəm‖ şeirlər toplusuna görə ―Rəsul Rza‖ mükafatı almışdır. O, 
1985-1993-cü illərdə müxtəlif fənləri birləşdirən fiziologiya, patofiziologiya, farma-
kologiya, histologiya, anatomiya və patoloji anatomiya kafedralarında müdir 
işləmişdir. Onun elmi istiqaməti ―Ultrasəsin baytarlıqda bioloji stimuləedici kimi 
istifadə edilmə‖sidir. Bu sahədə ultrasəs almış dovşanın qanzərdabı bioloji 
stimuləedici kimi tövsüyə edilmişdir. Bioloji stimuləedici heyvanların müxtəlif 
xəstəliklərində (anemiyalar, distrofiyalar, immunopatiyalar) uğurla tədbiq edilir. Bu 
sahədə 60-dan çox məqalə yazılıb, dərc edilmişdir. R.Allahverdiyev 1974-cü ildən 
baytarlıq təbabəti fakültəsində ―Kənd təsərrüfatı heyvanlarının patoloji 
fiziologiyası‖, baytarlıq təbabəti əczaçılığı ixtisasında isə ―Patologiya‖ fənnindən 
mühazirələr oxuyur. Bu fənnlər üzrə 6 dərs vəsaiti və 3 dərsliyin müəllifidir, bir sıra 


82 
Beynəlxalq seminar, simpozium, konfrans və qurultaylarda iştirak etmişdir. O, 
1969-cu il Daşkənd Biokimyaçıların 2-ci qurultayı, 1971-ci il Moskva Yaş fiziolo-
giyasına aid X konfrans, 1982-ci il Moskva Patofizioloqların 3-cü qurultayı, 1989-cu 
il Bakı Qərb regionunun problemləri konfransı, 1989-cu il Bakı Morfoloqların V 
Zaqafqaziya konfransı, 1989-cu il Bakı Xəstəliklərlə mübarizəyə həsr edilmiş 
konfrans, 1990-cı il Bakı I Respublika biokimya konfransı, 1993-cü il Bakı II Res-
publika biokimya konfransı, 1994-cü il Bakı fizioloqların 1-ci qurultayı, 1997-ci il 
Bakı III Respublika biokimya qurultayı, 2003-cü il Gəncə-Kars Baytarlıq 
simpoziumu, 2004-cü il Kars XVIII Ulusal Kimya konqresi, 2005-ci il Bakı 
Fizioloqlar cəmiyyətinin 3-cü qurultayının iştirakçısı olmuşdur. 
R. Allahverdiyev Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyasına aid bir 
sıra dərs vəsaitlərinin, proqramların və metodik vəsaitlərin (―Patoloji fiziologiyadan 
təcrübə məşğələləri‖, 1976, ―Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası‖, 
1984, ―Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası, 1985, ―Kənd təsərrüfatı 
heyvanlarının patoloji fiziologiyası‖– toxuma patologiyası‖, 1987, ―Patoloji 
fiziologiyadan metodik göstəriş‖, 1989, ―Ümumi patologiyanın əsasları‖, 1990, 
―Kənd təsərrüfatı heyvanlarının xüsusi histologiyası‖, 1991, magistratura proqramı, 
1997) müəllifidir. Alim Kətd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası‖ 
dərsliyinin (Bakı, 2010) və ekoloji patologiyaya aid elmi məqalələrin ilk müəllifdir. 
O, 2000-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ―Fəxri 
fərmanı‖ ilə təltif olunmuşdur, Respublikanın əməkdar müəllimidir. Yüksək elmi 
elitaya, eridusiyaya və intellektə malik olması Rübail müəllimə xas olan ən 
səciyyəvi parametrlərdir. Onun ―Altı məzar,üstü bazar, ―Dünya dəlilərin 
şənlikevidir‖ və s. kitabları dəyərli və cox təsirli şerləri oxucular tərəfindən sevilə-
sevilə oxunur. 
Hər kəsin müqəddəs ocaq sandığı, 
Məktəb dediyimiz bir türbəsi var. 
Şahın da, hökmün də arxalandığı, 
Müəllim adlanan bir qibləsi var. 
Müdrik müəllimin hər imtahanı 
Aqil kürəyində qayğı əlidir, 
Müəllim önündə diz çöküb hamı, 
Böyük ehtiramla baş əyməlidir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin