Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə75/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   207
N 349

 
 


69 
Əliyev Cəlal Əlirza oğlu
(1928) 
 
Dünya şöhrətli görkəmli alim, Respub-
likanın Əməkdar Elm Xadimi, Azərbaycan Milli 
Elmlər Akademiyasının akademiki, Rusiya Kənd 
Təsərrüfatı Elmlər Akademiyasının həqiqi üzvü, 
Azərbaycan 
Milli 
Elmlər 
Akademiyasının 
Botanika 
İnstitutu və Kənd Təsərrüfatı 
Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutu 
şöbələrinin rəhbəri, biologiya elmləri doktoru 
Cəlal Əlirza oğlu Əliyevin milli və dünya 
biologiya elminin inkişafında, tərəqqisində 
misilsiz xidmətləri olmuşdur. O, «Mikroelementlərin buğdanın inkişafına və 
məhsuldarlığına təsiri» mövzusunda namizədlik, «Bitkilərin fotosintez 
fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı» mövzusunda isə 
doktorluq dissertasiyası müdafiə etmişdir, 500-dən artıq elmi əsərin, 20 
monoqrafiya və kitabın müəllifi olmaqla, onun rəhbərliyi və köməkliyi ilə 250-
yə qədər alim, o cümlədən 70-dən artıq elmlər namizədi və 10-dan çox elmlər 
doktoru hazırlanmışdır. Həyatın yaranması, üzvi aləmin əmələ gəlməsi, təbiətin 
əvəzolunmaz inkişafı prosesi fotosintez hadisəsi ilə bağlıdır. Fotosintez 
prosesinin öyrənilməsi uzun müddət dünya alimlərinin diqqət mərkəzində 
olmuşdur. Təsadüfi deyil ki, bəşəri əhəmiyyətli bu problemin tədqiqi sahəsində 
kəşflərə görə indiyə kimi 5 Nobel mükafatı laureatı olmuşdur. Azərbaycan elmi 
tarixində mühüm yer tutan böyük alim, ictimai xadim, C. Əliyev təbiət elminin 
bu sahəsinə maraq göstərmiş və bu sahə onun elmi yaradıcılığının fundamental 
tədqiqat obyektinə çevrilmişdir. Aparılan fundamental tədqiqatların nəticəsində 
7-8 t/h məhsuldarlığa və yüksək dən keyfiyyətinə malik, Azərbaycanın taxıl 
əkini sahələrinin böyük hissəsini təşkil edən, Türkmənistan, Özbəkistan və 
Gürcüstanda yaxşı nəticələr verən «Qaraqılçıq-2», «Mirbəşir-50», eləcə də 
«Vüqar», «Şiraslan-23», «Bərəkətli-95», «Qobustan», «Əlincə-84», «Əzəmətli-
95», «Qiymətli-2/17», «Əkinçi-84», «Nurlu-99», «Ruzi-84», «Tale-38», 
«Tərtər» və s. kimi bir sıra bərk və yumşaq buğda sortlarının yaradılması alimin 
ən böyük elmi nailiyyətidir. Hal-hazırda Alimin rəhbərlik etdiyi kollektiv 
dünyanın ən öncül laboratoriyaları səviyyəsində elmi-tədqiqat işlərini davam 
etdirir. Onun elmi-təşkilatçılıq fəaliyyəti sayəsində XX əsrdə biologiyanın ayrı-
ayrı sahələrinin yüksək səviyyədə inkişafı XXI əsrdə Azərbaycan biologiya 
elminin dünya elminə inteqrasiyası üçün zəmin yaratmışdır. Nəticə etibarilə 
hazırda ölkəmizin alimləri dünyanın öncül elmi laboratoriyaları ilə əməkdaşlıq 
şəraitində öz tədqiqatlarını davam etdirir və yeni elmi nailiyyətlər əldə edirlər. C. 
Əliyevin görkəmli bioloq kimi elmi irsinin ən yeni və mühüm sahələrindən birini 
də bioetika, elm və texnologiyaların etikası problemləri təşkil edir. Onun ümumi 
biologiya, biotexnologiya, biokimya, bitki seleksiyası və s. sahələr üzrə apardığı 
çoxsaylı və sanballı elmi tədqiqat işləri dünya mətbuatında geniş əksini 


70 
tapmışdır. Təsadüfi deyildir ki, ilk dəfə olaraq YUNESKO-nun xətti ilə 
Azərbaycanda "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" üzrə Milli 
Komitə yaradılarkən onun ilk sədri C. Əliyev seçilmiş və bu günə qədər də o, bu 
vəzifədə öz işlərini böyük uğurla davam etdirir. Alimin əldə etdiyi yeni sortlar, 
yazdığı qiymətli əsərlər, yaratdığı seleksiya məktəbi, zəngin buğda genefondu 
Azərbaycan xalqının milli sərvətidir və artıq ölkəmizdə çörəyə ehtiyacın 
ödənilməsi istiqamətində C.Əliyev məktəbi vardır. Alimin buğdanın seleksiyası 
sahəsində əldə etdiyi nailiyyətlər onun elmi fəaliyyətinin ancaq bir hissəsidir. 
Onun bitki fiziologiyası, fotosintez nəzəriyyəsi, biokimya, biofizika, molekulyar 
biologiya, gen mühəndisliyi, hüceyrə seleksiyası və biologiya elminin digər 
sahələrində də əldə etdiyi nailiyyətlər gələcək nəsillərə irs qalacaq. Bu irsi 
yaşatmaq, qoruyub gələcək seleksiyaçılar nəslinə çatdırmaq seleksiya 
məktəbinin hər bir üzvünün, Azərbaycanı gələcəkdə qüdrətli bır dovlət görmək 
istəyən hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır.

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin