İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 114
Torpağın çevrilməsi onun üst və alt qatlarının yerlərinin
dəyişməsidir. Bu əməliyyat kotan vasitəsilə həyata keçirilir.
Vegetasiya müddətində torpağın ayrı-ayrı qatları müxtəlif
dəyişikliklərə məruz qalır. Əsasən torpağın üst qatı çox
bərkiyir, tozlanır, alaq toxumları ilə daha çox zibillənir, alt qat
isə əlverişli strukturaya və artıq nəmliyə malik olur.
Torpağın xırdalanması zamanı iri kəltənlər xırda hissəciklərə
parçalanır və eyni zamanda yumşaldılır. Xırdalama həm
torpağın əkin qatında, həm də ayrı-ayrı qatlarda su-hava
rejimini yaxşılaşdırır. Xırdalama müxtəlif formada laydırı olan
kotanlar, diskli malalar, frezerlər və sairə vasitəsi ilə aparılır.
Torpağın yumşaldılması onun
su-hava
rejimini
yaxşılaşdırmaq üçün lazımdır. Yumşaldılmış torpaqlarda
havalanma yaxşı getdiyinə görə mikroorqanizmlərin fəaliyyəti
güclənir, bioloji proseslər fəallaşır və bitkilər tərəfindən
mənimsənilə bilən qida maddələrinin miqdarı artır. Torpağın
yumşaldılması, laydırlı və diskli kotanlardan, müxtəlif markalı
malalardan, kultivatorlardan, üzləyicilərdən və digər alətlərdən
istifadə etməklə yerinə yetirilir.
Torpağın qarışdırılması eyni cür əkin qatı yaratmaq və ya hər hansı
maddəni əkin
qatında bərabər paylamaq lazım olduğu halda aparılır.
Torpağa üzvi və mineral gübrələr, habelə əhəng, gips və sairə verdikdə onu mütləq
qarışdırmaq lazım gəlir.
Torpağın qarışdırılması ön kotancığı olmayan kotanlar, diskli üzləyicilər, kəsəkli diskləri
olan ağır malalar və sairə vasitəsilə yerinə yetirilir.
Sıxlaşdırma çox yumşaq torpaqlarda, toxum ilə torpaq arasında əlaqə yaratmaq və
torpağın küləklə sovrulmasının qarşısını almaq üçün aparılır.
Xırda toxumlu bitkilər üçün torpağın səpinqabağı kipləşdirilməsi, toxumların normal
dərinliyə basdırılmasına və onların torpaqla təmasda olmasına əlverişli şərait yaradır.
Torpağın sıxlaşdırılması müxtəlif cür səthə, ölçüyə və çəkiyə malik olan vərdənələr
vasitəsilə aparılır.