Modulun adı:
Ədviyyat, bitki çayları
və dərman bitkiləri
13
GİRİŞ
Hörmətli ox
ucu!
“Ədviyyat, bitki çayları və dərman bitkiləri” adlı modul
dərs vəsaiti və burada izah
olunan mövzular modulun spesifikasiyasını əhətə etməklə ilk peşə
-
ixtisas təhsili
müəssisələrində tərəvəz ustası ixtisası üzrə mütəxəssislərin hazırlanmasına uyğundur.
Tərtib edilmiş modul dərs vəsaitinin tədrisi nəticəsində tərəvəz ustası mütəxəssisi
ixtisaslarında təhsil
alanlar gələcəkdə ədviyyat, bitki çayları və dərman
bitkilərinin bioloji
xüsusiyyətləri, becərilmə qaydaları, istifadəsi, müxtəlif cəhətlərinə görə qruplaşdırılması,
iqtisadi
səmərəsi, çoxaldılması və hibridləşdirilməsi, toxumçuluğu, alaqları, onlara qarşı
mübarizə tədbirləri, məhsulun istifadəsi, satış imkanları və sairə
məsələlər haqqında kifayət
qədər bilik və bacarıqlara yiyələnəcəklər. Təhsilalanlar əldə etdikləri məlumatların köməyi
ilə nəzəri və təcrübi biliklərini genişləndirə və gələcək təsərrüfat fəaliyyətlərində tətbiq edə
biləcəklər.
“Ədviyyat, bitki çayları və dərman bitkiləri” adlı modul dərs vəsaitində
respublikamızda
yayılmış ədviyyat, bitki çayları və dərman
bitkilərinin yabanı və mədəni növləri, forma, hibrid
və sortları, onların təyini,
bioloji xüsusiyyətləri, xalq təsərrüfatında əhəmiyyəti, çoxalma və
seleksiya yolu ilə artırılması, tez
-
tez rast gəlinən alaq otları, onların təyini, nomenklaturası,
uyğun təsnifatlaşdırılması, alaq otlarına qarşı mübarizə tədbirləri, bitki orqanlarının
yararlılığı, bitkilərin sistematik təsnifatı və qruplaşdırılması, məhsulun yığımı, saxlanılması,
təzə və emal edilmiş
halda istifadəsi və sairə
məsələlərı ətraflı şərh edilmiş, mövzulara uyğun
sərbəst işlər, nəzəri və praktiki tapşırıqlar verilmişdir.
Təhsilalanlar əldə etdikləri məlumatların köməyilə nəzəri
və təcrübi biliklərini
genişləndirə və əldə etdikləri bilikləri gələcəkdə təsərrüfat fəaliyyətlərində tətbiq edə
bilərlər. Modulda ədviyyat, bitki çayları və dərman bitkilərinin əkini,
becərilməsi və
istifadəsindən bəhs edilir.
Modul
yeddi öyrənmə elementindən, bölmədən ibarətdir. Bölmələrdə ədviyyat, bitki
çayları və dərman
bitkiləri əkini üçün
torpaq-
iqlim şəraitinin
düzgün
müəyyən edilməsi, onun
əkinə hazırlanması, sağlam
əkin materialının seçilməsi, bitkilərə lazımi
aqrotexniki qulluq
edil
məsi, yığım vaxtının dəqiq təyin olunması, keyfiyyətli istehsal texnologiyası ətraflı izah
olunur. Hər bir bölmənin sonunda mövzuya aid praktiki tapşırıqlar və nəzəri biliklərin
qiymətləndirilməsi üçün suallar verilmişdir.
Ümid edirik ki, bu modul ədviyyat, bitki çayları və dərman bitkiləri əkini və becərilməsi
üzrə ixtisaslaşan
təhsilalanlar üçün faydalı olacaq. Modulda ədviyyat, bitki çayları və dərman
bitkiləri əkini sahəsinə aid həm nəzəri, həm də praktiki məlumatlar var. Bu moduldan ilk
peşə
-
ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun hes
ab
edilir.