Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
161
Dəmir çatışmazlığı
:
Yarpaqlar saralır, ancaq damarları
yaşıl qalır. Yarpaqlar yuxarı tərəf qıvrılır.
Manqan çatışmazlığı
:
Yarpaqlarda
ölü toxumalar
görsənir, yarpağa nahamar bir görünüş verir.
Sink çatışmazlığı
:
Yarpaqlar kiçilir, yarpaqlarda xallar
əmələ gələ bilir və yaşlı yarpaqların kənarları (qovrulur)
yanır. Tumurcuq inkişafı zəifləyir.
Kalsium çatışmazlığı:
Yarpaqlarda
xloroz müşahidə
olunur., təpə tumurcuğu məhv olur və gövdənin inkişafı
dayanır. Çiçəklər tam açmamış ləçəklərini tökür.
Kükürd çatışmazlığı
:
Bitkinin
alt hissəsindəki yarpaqlar
saralır, köklər və saplaqların ölçüləri kiçilir.
Bor çatışmazlığı:
Tumurcuqlar açıq yaşıl rəngdə olur.
Cavan yarpaqların kənarları qovrulur.
Köklərdə tünd
ləkələr əmələ gəlir. Saplaqlar çatlayır.
Yadda saxla!
Mikroelement çatışmazlığı cavan (uc) yarpaqlarda, makroelement
çatışmazlığı isə yaşlı (aşağı) yarpaqlarda özünü büruzə verir.