İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
174
əmin olmaq istəyir. “Bioloji fermer”in «ekoloji» sözündən yalan yolla istifadə edərək, onu
düzgün olmayan rəqabətə cəlb edən digər fermerlərdən qorunmağa ehtiyacı var. Bu
səbəbdən də sertifikatlaşmaya böyük ehtiyac var.
“Ekoloji təmiz kənd təsərrüfatı” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq ekoloji nəzarət və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar dövlət və ya
xüsusi mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanları
tərəfindən akkreditasiya olunurlar və ayrı-ayrılıqda fəaliyyət göstərirlər.
Sertifikatlaşdırma orqanları aşağıdakı tələblərə cavab verməlidirlər:
1.
Kənd təsərrüfatı və ərzaq məhsullarının, xammalın, torpaq, su, hava, pestisidlər,
bioloji preparatlar və aqrokimyəvi maddələrin, dərman vasitələrinin laboratoriya
analizi üçün müasir avadanlıqlarla və ləvazimatlarla
təchiz olunmuş
laboratoriyalara və peşəkar mütəxəssislərə malik olmalı;
2.
Ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla ekoloji təmiz
kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, daşınması, idxalı, ixracı
və satışı ilə məşğul olmamalı.
Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma qaydaları və
akkreditasiya olunmuş orqanların funksiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. “Ekoloji fermer” öz məhsulunun sertifikat almasını istəyirsə, ildə heç olmasa
bir dəfə yoxlamadan (inspeksiya) keçməlidir. İnspektor təsərrüfat fəaliyyətinin mənzərəsini
fermerin dediklərinə,
göstəricilərə, sahələrin vəziyyətinə, heyvandarlığa və təsərrüfat
quruculuğuna əsasən qiymətləndirir. O yoxlayır ki, verilən məlumatlar
və nəticələr dəqiq və
inandırıcı olsun. Öz borcunu vicdanla yerinə yetirmək məqsədi ilə inspektor laborator
yoxlama aparmaq üçün nümunələr götürür və sonra müstəqil yoxlamalar aparır. Bununla
belə verilən faktlara, məlumatlara şübhə olduqda və ya qadağan olunmuş üsullarla çirklənmə
faktları qeyd edildikdə laborator analizlər yoxlamanın bir forması olaraq aparılır.
Kimyəvi
analizlər bu və ya digər nümunədə hansısa maddənin yaxud kimyəvi gübrələrin və
pestisidlərin çöküntülərinin olub-olmamasını təyin etmək üçündür. Əlavə etmək lazımdır ki,
kimyəvi analizlər çox baha başa gəlir və bunun üçün xərcləri fermer təsərrüfatı ödəməlidir.
Sertifikatlaşdırma orqanı müəyyən prosedurlar daxilində təsərrüfatı və ya şirkəti
qiymətləndirir və yazılı
şəkildə bildirir ki, o, (yəni sertifikatlaşdırmaya iddialı qurum)
həqiqətən də ekoloji standartların tələblərinə cavab verir. İnspektor öz qeydlərini yazılı
şəkildə sertifikatlaşdırma orqanına göndərir. Sertifikatlaşdırma orqanı yoxlamanın
nəticələrini ekoloji standartların tələbləri ilə müqayisə edir. Sertifikatlaşdırma orqanı qərar
verir ki, sertifikatlaşdırmaya icazə verilə bilər ya yox.