Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
33
Keşniş sortları
yetişkənlik dərəcəsinə görə
fərqlənir. Vegetasiya müddəti tezyetişən sortlarda
80-100 gün, orta yetişən sortlarda 100-125 gün,
gecyetişən sortlarda 125 gündən çoxdur.
Bioloji
xüsusiyyətləri.
Keşniş
soyuğa
davamlıdır, toxumları 3-50
0
C istilikdə cücərir.
Qısa və sərin günlərdə rozet yarpaqları yaxşı
böyüyür və yüksək məhsul verir. Belə havada bitki
toxum zoğu əmələ gətirmir və toxum vermir. Ona
görə də onun istifadə müddəti uzanır. Ümumilikdə
keşniş uzun gün bitkisidir. Toxum materialı əldə
etmək üçün uzun gün lazımdır (Şəkil 1.14).
Sort və hibridləri.
Bir çox tərəvəz bitkilərinə nisbətən keşniş sortları olduqca azdır. Bu
onun becərildiyi sahələrin məhdudluğu ilə əlaqədardır. Hal-hazırda
keşniş bitkisinin əkin
sahəsi və sortlarının artırılmasına ciddi fikir verilir. Keşniş sortlarından yerli Gəncə sortu və
respublikamızda
becərilən Coriander, Birlik,
Karkeh hibridləridir.
Dostları ilə paylaş: