İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Botaniki təsviri və sort seçmə meyarları



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə33/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   29   30   31   32   33   34   35   36   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Botaniki təsviri və sort seçmə meyarları.
Şüyüd bitkisi mil kök və onun üzərində 
budaqlanan kökcüklər əmələ gətirir. Yarpaq 
qrupu 6-12 yarpaqdan ibarət olur, uzunluğu 12-40 
sm-dir. Belə ki, 12 sm-ə qədər kiçik, 12-25 sm 
orta, 25-40 sm olan yarpaqlar isə uzun 
yarpaqlardır (Şəkil 1.16). Aşağı və оrta pillədə 
оlan yarpaqlar saplaqlı, yuхarıda yеrləşən 
yarpaqlar saplaqsızdır, qınlıdır. Yarpaq ayası 5-26 
sm, еni 5-29 sm, saplağın uzunluğu 2,6-10 sm-dir. 
Sortlarından asılı olaraq şüyüdün yarpaqları 
sarımtıl yaşıldan, açıq və tünd-mavi yaşıla kimi 
dəyişir. 
Şüyüd gövdəsi (zoğu) qısa boylu (36-60 sm), 
orta boylu (60-100 sm) və uzun boylu (110-155 
sm) olmaqla 3 qrupa bölünür. Dikinə böyüyərək
2-6 dərəcə budaq əmələ gətirir, yumru, sığallı, zəif 
mum örtüklüdür.
Çiçək qrupu mürəkkəb, çox şüalı çətir olub 9-
56 xırda çətirciklərdən təşkil olunur. Mərkəzi 
çətirin diametri 8-29 sm-ə çatır. Çətir yastı, zəif 
qabarıqlı və qabarıqlı formada olur. Çiçəyi 
ikicinslidir. Ləçəkləri 5 ədəd, sarıdır, dişicik 
ikiyuvalı, 
alt 
yumurtalıqdır. 
Meyvəsi 
ikitoxumludur (Şəkil 1.17).
 
 
Şəkil 1.16. Şüyüd və keşniş bitkisinin 
yarpaqları
 
 
 
 
Şəkil 1.17. Şüyüd bitkisinin çiçək qrupu
 
Tохumları yastı lövһəvari, dəyirmi-еllipsvaridır. Rəngi açıq və tund-qəһvəyidir.
Bioloji xüsusiyyətləri. Soyuğadavamlı, işığa və rütubətə tələbkardır. Uzun gün bitkisidir. 
Uzun günlərdə becərildikdə tezliklə çiçək zoğu verib çiçəkləməyə başlayır. Ona görə də 
ərzaqlıq məqsədilə becərildikdə qısagünlü günlər və mülayim havalarda, toxum əldə etmək 
üçün becərildikdə isə uzungünlü, isti havalarda becərmək lazımdır. 
Toxumları 3 
0
C-də cücərir, 20-30 
0
C-də cücərməsi daha sürətlənir, 15-18 
0
C-də şüyüd 
bitkisi normal böyüyüb keyfiyyətli və yüksək ərzaqlıq məhsul yetişdirir.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin