ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


Alman tarixi məktəbinin III mərhələsinin əsas nüma-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə125/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

19. Alman tarixi məktəbinin III mərhələsinin əsas nüma-
yəndələri kimdi
r: 
A) V.Roşer, B. Hildebrand, K.Knis 
B)) R.Ştolsman,R.Ştammler, A.Amon 
C) F.List, A.Müller
D) K.Marks, F.Engels 
E) Q.Şmoller, L.Brentano, K.Büxer 
20. Alman tarixi məktəbinin II mərhələsinin əsas nüma-
yəndələri kimdi
r: 
A) V.Roşer, B. Hildebrand, K.Knis 
B) B. Zombart, R.Ştolsman, R.Ştammler, A.Amon 
C) F.List, A.Müller
D) K.Marks, F.Engels 
E)) Q.Şmoller, L.Brentano, K.Büxer 
21. Sosial məktəbin nümayəndələri yeni tarixi məktəbdən 
hansı fərqli fikri söyləmişdir? 
A)) İfrat empirizm tərəfdarı olmamışdır 
B) Klassik məktəbin abstrakt-deduktiv metoduna qarşı çıx-
mışdır 
C) Nəzəri siyasi iqtisadın vəzifəsini iqtisadi hadisələrin müşa-
hidəsində, faktların təsvirini verməklə görmüşlər 
D) İqtisadi həyatda dövlətin müdaxiləsini və dövlət mülkiyyəti-
ni məqbul saymışlar 
E) İqtisadi nəzəriyyənin əhəmiyyətini qəbul etməmişlər 


192 
MÖVZU 11. MARJİNALİZM VƏ NEOKLASSİK 
İSTİQAMƏT 
 
 
1. Marjinalizmin yaranması və metodoloji prin-
sipləri 
 
2. Marjinalizm cərəyanının yaradıcıları 
 
3. Neoklassik cərəyanın nümayəndələri və onların 
nəzəriyyələri 
XIX əsrin sonlarında iqtisadi fikir tarixində yeni klassik 
istiqamətin başlanğıcı qoyuldu. Bu istiqamətin ilkin nəzəriy-
yəsi “faydalılıq nəzəriyyəsi” olmuşdur. Digər adı Avstriya 
məktəbi, marjinalizmdir. Marjinalizm siyasi iqtisadda son 
faydalılıq nəzəriyyəsi və onun əsasında kapital və faiz nəzəriy-
yəsi formasında qiymətqoymanın "istehlak versiyası"nı işləyib 
hazırlayan subyektiv-psixoloji istiqamətdir. Avstriya məktəbi 
bazar dəyərinin və əmtəənin qiymətinin formalaşması prose-
sində alıcının roluna xüsusi əhəmiyyət verməyən əmək-dəyər 
nəzəriyyəsinin birtərəfliliyini aradan qaldırır. C.S.Millin şər-
hində klassik məktəbin qiymətqoymanın "istehsal versiyası" 
XIX əsrin 80-ci illərinə qədər hökmranlıq edən və K.Marksın 
əmək-dəyər nəzəriyyəsini daha çox yayan qanun, son faydalılıq 
nəzəriyyəsinin formalaşması nəticəsində xeyli əhəmiyyətli 
görünürdü, bu isə iqtisadi ədəbiyyatda marjinal (ing. marginal - 
son hədd) inqilabi adını aldı. Avstriya məktəbinin yaranması və 
inkişafı bir tərəfdən alıcını bazar münasibətlərinin fəal və 
əhəmiyyətli subyektinə çevirən alıcı bazarının əmələ gəlməsi 
ilə, digər tərəfdən daha çox marksist əmək-dəyər nəzəriyyəsinə 
əsaslanan fəhlə hərəkatının fəallaşması ilə şərtlənirdi. Bu iki 
şərtin əsasında bazar iqtisadiyyatının, maşınlı iqtisadiyyatın 
daha yüksək fazasına daxil olması durur. Avstriya məktəbinin 
formalaşmasında öz-özlüyündə iqtisadi nəzəriyyəni prinsipial 
olaraq rədd edən tarixi məktəbin inkişafı və klassik məktəbin 
dərinləşən böhranı nəticəsində yaranan özünəməxsus boşluğun 


193 
doldurulması zəruriliyi də mühüm rol oynadı. Avstriya məktə-
binin sələfləri olan 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin