192
MÖVZU 11. MARJİNALİZM VƏ NEOKLASSİK
İSTİQAMƏT
1. Marjinalizmin yaranması və metodoloji prin-
sipləri
2. Marjinalizm cərəyanının yaradıcıları
3. Neoklassik cərəyanın nümayəndələri və onların
nəzəriyyələri
XIX əsrin sonlarında iqtisadi fikir
tarixində yeni klassik
istiqamətin başlanğıcı qoyuldu. Bu istiqamətin ilkin nəzəriy-
yəsi “faydalılıq nəzəriyyəsi” olmuşdur. Digər adı Avstriya
məktəbi, marjinalizmdir. Marjinalizm
siyasi iqtisadda son
faydalılıq nəzəriyyəsi və onun əsasında kapital və faiz nəzəriy-
yəsi formasında qiymətqoymanın "istehlak versiyası"nı işləyib
hazırlayan subyektiv-psixoloji istiqamətdir. Avstriya məktəbi
bazar dəyərinin və əmtəənin qiymətinin formalaşması prose-
sində alıcının roluna xüsusi əhəmiyyət
verməyən əmək-dəyər
nəzəriyyəsinin birtərəfliliyini aradan qaldırır. C.S.Millin şər-
hində klassik məktəbin qiymətqoymanın "istehsal versiyası"
XIX əsrin 80-ci illərinə qədər hökmranlıq edən və K.Marksın
əmək-dəyər nəzəriyyəsini daha çox yayan qanun, son faydalılıq
nəzəriyyəsinin formalaşması nəticəsində xeyli əhəmiyyətli
görünürdü, bu isə iqtisadi ədəbiyyatda marjinal (ing. marginal -
son hədd) inqilabi adını aldı. Avstriya məktəbinin yaranması və
inkişafı bir tərəfdən alıcını bazar münasibətlərinin fəal və
əhəmiyyətli subyektinə çevirən alıcı bazarının
əmələ gəlməsi
ilə, digər tərəfdən daha çox marksist əmək-dəyər nəzəriyyəsinə
əsaslanan fəhlə hərəkatının fəallaşması ilə şərtlənirdi. Bu iki
şərtin əsasında bazar iqtisadiyyatının, maşınlı iqtisadiyyatın
daha yüksək fazasına daxil olması durur. Avstriya məktəbinin
formalaşmasında öz-özlüyündə iqtisadi nəzəriyyəni prinsipial
olaraq rədd edən tarixi məktəbin inkişafı
və klassik məktəbin
dərinləşən böhranı nəticəsində yaranan özünəməxsus boşluğun
193
doldurulması zəruriliyi də mühüm rol oynadı. Avstriya məktə-
binin sələfləri olan
Dostları ilə paylaş: