195
da o qədər yüksək olar. Avstirya məktəbi bu sonuncu amilin
rolunu daha həlledici sayır. Bununla da Avstriya məktəbi
əmək-dəyər nəzəriyyəsi mövqeyindən dəyər qanununun təh-
lilində boşluğu dolduraraq əmtəələrin bazar qiymətlərinin
formalaşması prosesində istehlakçının rolu haqqında mühüm
məsələni qaldırır. Avstriya məktəbinin faydalılıq həddi nəzə-
riyyəsi qiymət nəzəriyyəsi üçün çıxış nöqtəsi olmuş və ötən
əsrin 20-30-cu illərində yaranan neoklassik qiymət nəzəriy-
yəsinin əsasını təşkil etmişdir.
Neoklassik məktəb XX əsrin əvvəllərində marjinal inqi-
labdan bəhrələnən iqtisadi fikrin əsas magistral istiqamətlərin-
dən biridir. Son faydalılıq və son məhsuldarlıq konsepsiyaları-
nın yaranması neoklassik məktəbin mükəmməl rəqabət sfera-
sında bazar sahibkarlığı təsərrüfatının nəzəriyyəsinin istiqamət-
lənməsinə zəmin olmuşdur. Xüsusən azad rəqabət və qiymət
yaranma mexanizmlərinin təkmilləşən xətti neoklassikləri şəxsi
və ictimai tarazlıq konsepsiyasını formalaşdırmağa vadar
etmişdir.
Neoklassik nəzəriyyənin baniləri
Dostları ilə paylaş: