ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə121/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

"Sosial plüralizm" 
nəzəriyyəsində orta əsrlər 
Avropasında paralel olaraq aşağıdakı təsərrüfat formalarının 
fəaliyyət göstərdiyini qeyd etmişdir: kənd təsərrüfatı, biyar 
mülkədar təsərrüfatı, şəhər sənətkarlığı. Daha sonra qeyd edirdi 
ki, kapitalizm meydana gəldikdən sonra natural təsərrüfat
sənətkarlıq və s. kimi köhnə təsərrüfat formaları yenə fəaliyyət 
göstərməkdə davam edir. Bununla o belə bir nəticəyə gəlir ki, 


186 
gələcək cəmiyyətdə təsərrüfatın daha çox formaları məsələn, 
kooperativ təsərrüfatı, ictimai təsərrüfat (buraya dövlət və
başqa ictimai təşkilatlara mənsub olan müəssisələri aid edir) 
natural təsərrüfat, sənətkarlıq, kəndli təsərrüfatı fəaliyyət göstə-
rəcəkdir. Ümumiyyətlə, sosial plüralizm haqqında Zombart 
təliminin əsas məqsədi kapitalist təsərrüfat formasının hələ 
uzun müddət fəaliyyət göstərəcəyini əsaslandırmaq idi. Onun 
axırıncı işlərindən biri "Yeni sosial fəlsəfə" kitabı idi və burada 
o, müasir dövrün sosial problemlərini "nasional-sosializm 
(yəni, nasizm) nöqteyi-nəzərindən" təhlil etməyə çalışırdı. O, 
alman inhisarçı kapitalizmini tərif edərək qatı millətçi və irqçi 
kimi özünü büruzə verir və alman xalqını ali irqə mənsub olan 
xalq kimi bütün millətlərdən yüksək tuturdu.
V.Zombart xalqı ali və aşağı irqlərə ayırır və göstərir ki
ali irqə mənsub olan xalq rəhbəredici və fəal millətdir. Aşağı 
irqə mənsub olan xalq isə xidmətedici və passiv millətdir. O 
alman xalqını ali irqə mənsub edib hesab edir ki, almanlar yer 
kürəsində ən yüksək səmaya qalxan qartaldır. Alman milləti 
özünü bütün millətlərdən üstün tutmalıdır. 
XIX əsrin sonlarında alman tarixi məktəbinin sosial isti-
qaməti meydana gəlir. Bu məktəbin nümayəndələri 
R.Ştamm-
ler, R.Ştolsman, L.Ollenqaymer, A.Amon, F.Petri
və b. 
iqtisadi həyatda sosial amilləri həlledici amil kimi götürür, so-
sial hadisələri isə həm etik, həm də hüquqi baxımdan şərh 
edirdilər. Onlar göstərirdilər ki, iqtisadi kateqoriyalar da 
insanlar arasında ictimai münasibətləri ifadə edən müəyyən 
sosial məzmuna malikdir və hüquqi münasibətlər formasında 
çıxış edir. 
Sosial məktəbin nümayəndələri sosioloji metodun ümumi 
tətbiqinə, iqtisadi hadisələrin təhlilinin hüquqi və sosial aspekt-
lərinə xüsusi diqqət yetirirdilər. Onlar ictimai münasibətlərin 
əsasını iqtisadiyyat deyil, hüquq, əxlaq və digər mənəvi amillər 
təşkil etdiyini iddia edirdilər. Sosial məktəb bütün iqtisadi 


187 
kateqoriyaları və istehsalın özünü mənəvi ideyaların məhsulu 
hesab edirdi. 
Yeni tarixi və sosial məktəbin nümayəndəsi 
R.Ştammler
mübadilə nəzəriyyəsində az gəlir əldə edən kapitalist ilə yüksək 
əməkhaqqı alan fəhlələrin gəlirlərini bir-birindən fərqləndirirdi. 
Onun fikrincə, bu cür kapitalist asanlıqla fəhləyə, fəhlə isə, öz 
növbəsində, kapitalistə çevrilə bilər.
Sosial məktəbin digər nümayəndəsi 
R.Ştolsman
"Təsər-
rüfatın məqsədi" kitabında göstərirdi ki, kapitalist istehsalının 
məqsədi mənfəət əldə etmək deyil, bütün cəmiyyət üzvlərinə, o 
cümlədən fəhlələr və kapitalist üçün yaşayış vasitələri təmin 
etməkdən ibarətdir. Bununla o xüsusi mülkiyyətin toxunulmaz-
lığını əsaslandırmaq istəyirdi. 
İctimai münasibətlərə hüquq nöqteyi-nəzərindən yanaşan 
sosial məktəbin nümayəndələri ictimai münasibətlərin müba-
dilə prosesində təzahür etdiyini, istehsalın isə texniki proses 
olduğunu söyləyirdilər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin