185
lemin tədqiqatının empirik və nəzəri hissələrinin bölgüsündən
ibarətdir. Verner Zombart öz alimlik karyerasını 1890-cı ildə
marksist kimi başlamış və 1930-cu
illərdə kapitalizmin peyda
olunmasına həsr olunmuş 7 kitab yazaraq onu nasist kimi başa
vurmuşdur. "Sosializm və sosial hərəkat" əsərində marksizmi
sosial iqtisadi realizm kimi qələmə vermişdi. İctimai elmlərdə
Marksın yaratdığı əsaslı dönüş Zombartın fikrincə, öz ifadəsini
təkamül ideyasının irəli sürülməsində tapmışdı.
Bununla
marksizmdən inqilabi məzmunu çıxarmağa can atmışdı. O,
göstərirdi ki, kapitalizm dinc yolla əmələ gəlmişdir və cəmiy-
yət yeni bir cəmiyyətlə tədricən və inqilabsız əvəz edilməlidir.
Burada o kapitalizmin inqilabi yolla sosializmlə əvəz edilməsi
haqqında marksizm təlimini inkar etmişdir.
V.Zombart mütəşəkkil və planlı kapitalizm haqqında
danışaraq göstərirdi ki, bank kapitalizmin təmərküzləşməsi,
kartel və trestlərin inkişafı kapitalizmin sabitliyinə səbəb olur,
kapitalist təsərrüfatının planlaşdırılmasına imkan yaradır. Kapi-
talizmi planauyğun bir təsərrüfat kimi qələmə verib, bu cəmiy-
yətdə ifrat istehsal böhranlarının labüdlüyünü və yoxsullaşmanı
inkar edirdi. İnhisarın hökmranlığı
ilə istehsal hərcmərcliyi,
rəqabət, iqtisadi böhranların aradan qaldırıldığını söyləyirdi.
V.Zombart eyni zamanda K.Marksın ictimai iqtisadi
formasiyalar haqqındakı təliminə qarşı çıxmışdır. O göstərirdi
ki, hökm sürən təsərrüfat formalarının sayı və meydana gələn
yeni təsərrüfat formaları cəmiyyətin inkişaf səviyyəsindən asılı
olaraq artır və köhnə təsərrüfat formaları ilə bir sırada fəa-
liyyət göstərir.
V.Zombart
Dostları ilə paylaş: