183
XIX əsrin sonu XX əsrin əvvəllərində yaranmış siyasi
iqtisad məktəblərindən biri də Almanıyanın yeni tarixi məktə-
bidir. Köhnə tarixi məktəbin yerinə meydana gələn yeni tarixi
məktəb cəmiyyətin obyektiv iqtisadi inkişaf qanunlarını və
marksizmi inkar edirdilər. Yeni tarixi məktəbin başçısı
Qustav
Şmoller
marksizmdən imtina edərək onu köhnəlmiş hesab edir.
Yeni tarixi məktəbə görə siniflər əbədi və dəyişilməzdir.
Bu məktəbin başlıca nümayəndələrindən biri olan Berlin
universitetinin professoru Q.Şmoller "XIX
əsrdə Almaniyada
xırda sənətkar istehsalının tarixi", "Xalq təsərrüfatı haqqında
elm və onun metodları" və digər əsərlərində Prussiya monarxi-
yasının sinfi xarakteri ideyasını müdafiə edirdi. Siyasi iqtisadı
əxlaq prinsipləri ilə şərh etməyə çalışaraq belə hesab edirdi:
yalnız o şeyi elm hesab etmək olar ki, o xalq təsərrüfatı inkişa-
fının təbii tarixi səbəblərini aydın etsin. O yazırdı: siyasi iqtisad
xalq təsərrüfatı hadisələrini təsvir edən elmdir, bu elm xalq
təsərrüfatının əlaqə və səbəblərini müəyyən edir. Siyasi iqtisad
və xalq təsərrüfatını vahid tam kimi başa düşmək lazımdır.
Xalq təsərrüfatı haqqında öz elmini
milli əsaslar üzərində
qurmağa çalışırdı. O xalq təsərrüfatını yalnız o yerdə görürdü
ki, o yerlərin adamları milli tərkibinə və dininə görə eyni, vahid
təsərrüfat quruluşuna malik olsun.
Yeni tarixi məktəbin görkəmli
nümayəndələrindən biri
Münxen universitetinin professoru
L.Brentano
"Müasir fəhlə
ideyaları", "Əmək haqqının və iş vaxtının əmək məhsuldar-
lığına nisbəti", "Aqrar siyasət" əsərlərində fəhlə sinfinin
vəziyyətini kökündən yaxşılaşdırmağı və sinfi bərabərsizliyin
ləğvi ideyasını müdafiə edirdi. L.Brentano
sübut etmək istə-
yirdi ki, həmkarlar ittifaqlarının təşkili və fabrik qanunveri-
ciliyi fəhlələri istismardan və hüquqsuz vəziyyətdən azad edə
bilər. O, fəhlələrlə sahibkarlar arasında ziddiyyətli və müba-
hisəli məsələlərin mübarizə
yolu ilə deyil, yalnız müqavilə və
danışıqlar yolu ilə həll edilməsinin mümkün olduğunu irəli
sürürdü.
184
Yeni tarixi məktəbin Avstriya nümayəndəsi
Dostları ilə paylaş: