Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə7/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Vətən müharibəsi
Müharibənin ilk günündən əks-hücuma keçən Silahlı Qüvvələrimiz düş
-
mənə ağır zərbələr endirdi. Qələbəyə nail olmaq üçün, birinci növbədə, havada 
üstünlüyü ələ keçuirmək vacib şərtdir. Bunu üçün düşmənin Hava Hücumun
-
dan Müdafiə (HHM) vasitələrini sıradan çıxarmaq lazım idi. 
Bu vasitələrin aşkara çıxarılıb məhv edilməsi üçün pilotlarımız köhnə AN 2 
(Antonov-2) təyyarələrini havaya qaldırıb ona müəyyən istiqamət verərək tulla
-
nırdılar. Bunu döyüş təyyarəsi hesab edən düşmən onu atəşə tuturdu. Müəy
-
yən edilən atəş nöqtələri isə PUA-larla məhv edilirdi. Müharibənin ilk günlərində 
Ermənistan Müdafiə Nazirliyi hər gün Azərbaycanın bir neçə döyüş təyyarəsi
-
nin vurulduğunu fəxrlə bəyan edirdi. Onlar həqiqəti anlayanda isə artıq gec idi. 
Düşmənin HHM vasitələri darmadağın edilmişdi.
Cənub-qərb istiqamətində düşmənə ağır zərbələr endirən ordumuz oktyabr 
ayının 4-də Cəbrayıl şəhərini və bir neçə kəndi işğaldan azad etdi. Cəbrayıldan 
şimala yönələn hərbi birləşmələrimiz tarixi Turan taktikasını tətbiq edərək düş
-
mənin 12 minlik hərbi qruplaşmasını mühasirəyə aldı. Ermənistan silahlı qüv
-
vələrinə sarsıdıcı zərbə endirildi. Canlı qüvvə baxımından böyük itkilər verən 
düşmən hərbi texnikalarını da döyüş meydanında atıb qaçdı. Təkcə bu əməliy
-
yatda 27 düşmən tankı qənimət kimi ələ keçirildi, onlarla hərbi texnika məhv 
edildi.
Oktyabrın əvvəllərində Ağdərə istiqamətində düşmənə zərbə endirən qoşun 
larımız Suqovuşan yaşayış məntəqəsini azad etdi. Oktyabrın 9-da Hadrut qəsə
-
Düşmənin Hava Hücumundan Müdafiə Sisteminin məhv edilməsi taktikası
Layih
ə


17
bəsi düşməndən təmizləndi. Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən 
yol açılırdı. Hadrutun azad edilməsi müharibənin taleyini müəyyən etdi. Oktyab
-
rın 17-də müzəffər Azərbaycan ordusunun Cəbrayıl, Hadrut və Xocavənd is
-
tiqamətlərindən mühasirəyə aldığı Füzuli şəhəri də düşməndən tam azad edildi. 
Xüsusi Təyinatlı Qüvvələr doğma Şuşanı azad etməkdə qərarlı idi. Onlar 
cəmi 400 nəfərlik dəstə ilə düşmənin ağlına belə gəlməyəcək bir istiqamətdən – 
sıldırım qayalıqlardan dırmaşaraq şəhərə daxil oldular. Yalnız yüngül silahlarla 
silahlanmış igidlərimiz 4 tərəfdən düşmənin içərisinə sızaraq əlbəyaxa döyüşdə 
düşməni məhv etdilər. 2020-ci il noyabrın 8-də Şuşa düşmən tapdağından azad 
edildi. Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi. Noyabrın 9-da Si
-
lahlı Qüvvələrimiz 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad etdi.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin