133
23. XƏBƏRDARLIQ SİQNALLARI VƏ ƏHALİNİN
KÖÇÜRÜLMƏSİ
Gözlənilən, yaxud baş vermiş təbii fəlakət və hadisələrin miqyası, yayılma
surəti nəzərə alınmaqla xəbər verməyin qaydası müəyyən edilir.
Bütün hal-
larda təhlükə barədə xəbərdarlığın əsas üsulu yerli radio, televiziya və inter net
vasitəsilə məlumat verilməsidir.
Əhalinin xəbərdar edilməsi zərərçəkmənin nəticəsinə necə təsir edər?
Təbii fəlakət və qəzalar barədə xəbərdarlıq
İnsanların diqqətini tez cəlb etmək, həmçinin onların radio və televizorları
dərhal işə salmasına nail olmaq üçün fövqəladə hallarda sirenalardan, müəs-
sisələrin, nəqliyyat vasitələrinin fit səslərindən istifadə olunmaqla səs siqnalları
verilir.
Belə siqnal
“Diqqət! Diqqət!”
siqnalıdır. Bu siqnalı eşidərkən dərhal
internet, radio və ya televizor vasitəsilə hadisə ilə bağlı verilən mə lumatları bil-
mək lazımdır. Təhlükə haqqında xəbərlərlə birlikdə (təhlükənin növü, yeri, miq-
yası və s.) əhalinin düzgün davranışına dair qısa, konkret məs lə hət və vaxtaşırı
və ziyyətlə bağlı göstərişlər də veriləcəkdir.
Bu siqnalı eşitdikdə:
▶
dərhal radioqəbuledicini,
televizoru və radio səsgüc-
ləndiricini şəbəkəyə qoşmaq;
▶
yaranmış vəziyyət haqqında təcili məlumatı
və hərəkət
qaydalarını diqqətlə dinləmək;
▶
qəza və ya təbii fəlakətin nəticələri
tam ləğv edilənədək
bu vasitələri işlək vəziyyətdə saxlamaq lazımdır.
XƏBƏRDARLIQ
Həyəcan siqnalının (sirenanın) səsi “Hamının diqqətinə!” deməkdir.
Layih
ə
134
Məsələn:
Bəzi təbii fəlakətlər barədə qabaqcadan xəbər vermək mümkündür. Yazda,
yaxud payızda baş verəcək daşqınların müddətini və miqyasını bir qədər əvvəl
müəyyən etmək olur. Sel təhlükəsi hallarında ancaq 10–20 dəqiqə, bəzən isə
1–2 saat əvvəlcədən xəbərdarlıq etmək mümkündür.
Məsələn:
Belə xəbərlər verilərkən hər kəs təmkinli olmalı, mütəşəkkil və intizamlı dav-
ranmalıdır. Yerli hökumət orqanlarının, mülki müdafiə qərargahlarının göstəriş-
ləri ilə fəlakətlərlə mübarizədə və onun nəticələrinin aradan qaldırıl masında
hamı fəal iştirak etməlidir.
Dostları ilə paylaş: